Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

Birləşmiş Millətlər Təşkilatına Müraciət qəbul edilsin.


Azərbaycan Respublikası Ali Sovetinin sədri

E.QAFAROVA


№ 227-XII

Bakı şəhəri, 29 oktyabr 1991-ci il


***


Birləşmiş Millətlər Təşkilatına Müraciət

Azərbaycan Respublikası

1920-ci ilin aprelində Rusiya dövlətinin silah gücünə ləğv etdiyi dövlət müstəqilliyinin bərpasını öz xalqının iradəsi ilə elan edərək,

demokratiya, azadlıq və bərabərlik yolu ilə getmək əzmini əsas tutaraq,

dünya birliyində layiqli yer tutmağı və beynəlxalq təhlükəsizliyin, əməkdaşlığın möhkəmləndirilməsi işinə imkanı çatan qədər kömək göstərməyi arzulayaraq,

BMT-nin Nizamnaməsinə sadiq olduğunu və ondan irəli gələn öhdəlikləri yerinə yetirməyə hazır olduğunu bildirərək,

Nizamnamənin 4-cü maddəsinə müvafiq surətdə BMT-nin üzvlərindən xahiş edir ki, onu təşkilatın üzvlüyünə qəbul etmək məsələsini nəzərdən keçirsinlər.


Azərbaycan Respublikasının Ali Soveti

Bakı şəhəri, 29 oktyabr 1991-ci il