I.Ümumi müddəalar

Maddə 1. «Hərbi xidmət haqqında» Qanunun vəzifələri

Bu Qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmət və ehtiyatda xidmət keçilməsinin qaydasını müəyyən edir.

Maddə 2. Hərbi xidmət anlayışı

Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir.

Həqiqi hərbi xidmət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə dövlət xidmətinin xüsusi növüdür.

Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

Maddə 3. Hərbi xidmətə münasibətdə vətəndaşların kateqoriyaları

Hərbi xidmətə münasibətdə vətəndaşlar aşağıdakı kateqoriyalara bölünürlər:

  • çağırışaqədər yaşlılar—hərbi uçota qəbul ərəfəsində olan vətəndaşlar;
  • Çağırışçılar — ehtiyata keçirilənədək hərbi uçotda duran və ya durmalı olan və ehtiyatda olmayan, 18 yaşından 35 yaşınadək kişi vətəndaşlar;
  • hərbi qulluqçular—həqiqi hərbi xidmətdə olan vətəndaşlar;
  • hərbi vəzifəlilər—ehtiyatda olan vətəndaşlar;
  • hərbi vəzifəli olmayanlar—hərbi uçota götürülməli olmayan və ya hərbi uçotdan çıxarılmış, o cümlədən istefaya keçirilmiş vətəndaşlar.

Maddə 4. Hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi

Hərbi qulluqçular və hərbi vəzifəlilər əsgər (matros), çavuş, gizir (miçman) və zabit heyətlərinə, zabit heyəti isə kiçik, baş və ali zabit heyətlərinə bölünür.

Maddə 5. Həqiqi hərbi xidmətin növləri

həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir:

  • əsgərlərin və matrosların, çavuşların müddətli həqiqi hərbi xidməti;
  • əsgərlərin və matrosların, çavuşların müddətdən artıq həqiqi hərbi xidməti;
  • hərbi-məktəb kursantlarının həqiqi hərbi xidməti;
  • gizirlərin və miçmanların həqiqi hərbi xidməti;
  • zabitlərin həqiqi hərbi xidməti.

Müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara—qadınlar və bu Qanunla müəyyən edilmiş müddətdən artıq könüllü həqiqi hərbi xidmət keçən hərbi mütəxəssislər—əsgərlər, matroslar və çavuşlar aiddirlər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi üsullarına görə hərbi xidmət könüllü (müddətli həqiqi hərbi xidmətdən başqa hərbi xidmətin bütün növləri ) və çağırış üzrə (müddətli həqiqi hərbi xidmət) xidmətlərə bölünür.

Ehtiyatda xidmət toplanışlar keçməkdən və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarətdir.

17 yaşı tamam olmuş vətəndaşlar hərbi tədris müəssisələrinə qəbul oluna bilərlər. Hərbi tədris müəssisələrinə qəbul olunmuş vətəndaşlar müddətli həqiqi hərbi xidmətdə sayılırlar və kursant adlandırılırlar. Onlara müddətli həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların vəzifələri şamil olunur. Onlar və onların ailə üzvləri müddətli həqiqi xidmətdə olan hərbi qulluqçulara və onların ailə üzvlərinə aid olan hüquqlardan istifadə edirlər.

Müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə (18 yaşı tamam olmayan, xəstəliyə və ailə vəziyyətinə görə hərbi tədris müəssisələrindən xaric edilən şəxslər istina olmaqla) və intizamsızlıqlarına görə xaric olunan hərbi tədris müəssisələrinin kursantları, bu müəssisələrə qəbul olunana qədər qanunvericiliklə müəyyən olunmuş qaydada müddətli həqiqi hərbi xidmət keçməmişlərsə, onlar müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər. Hərbi hissədə onlar altı aydan az olmayaraq qüsursuz xidmət etdikdə, onların hərbi tədris müəssisələrində təhsil müddəti qanunvericiliklə müəyyən olunmuş qaydada həqiqi hərbi xidmət müddəti kimi sayılır

Maddə 6. Hərbi xidmətin üstünlüyü

Hərbi xidmətin məqsədləri, həyat üçün təhlükəli olması və ağırlığı əsas götürülərək dövlət xidmətinin başqa növlərinə, müəssisələrdə, idarələrdə, təşkilatlarda və ictimai birliklərdə işə nisbətən onun üstünlüyü müəyyən edilir.

Hərbi xidmətin üstünlüyü vətəndaşlar həqiqi hərbi xidmətə çağırılarkən və ya könüllü daxil olarkən, yaxud toplanışlara çağırılarkən hər hansı başqa işin qeyd-şərtsiz dayandırılmasında, hərbi qulluqçuların hüquqlarının və şəxsi ləyaqətinin qanunla qorunmasında, hərbi qulluqçulara və onların ailələrinə dövlətin güzəştlər və üstünlüklər verməsində ifadə olunur və hərbi qulluqçuların hüquqi, sosial və maddi vəziyyətini təmin etmək sahəsində dövlətin onlar qarşısında xüsusi öhdəlikləri ilə təmin edilir.

Maddə 7. Hərbi and

Həqiqi hərbi xidmətə çağırılmış və ya daxil olmuş Azərbaycan Respublikası vətəndaşları Azərbaycan Respublikasına və onun xalqına sadiq olacaqları barədə hərbi and içirlər. Andın mətnini Azərbaycan Respublikası Milli Məclisi təsdiq edir. Əvvəllər hərbi and içməmiş, toplanışlara çağırılmış hərbi vəzifəlilər də hərbi and içirlər.

Azərbaycan Respublikasının vətəndaşları olmayan və əvvəllər başqa dövlətin silahlı qüvvələrində xidmət etmiş şəxslər bağlaşma əsasında Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətə daxil olarkən hərbi andın yerinə Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunlarına əməl edəcəkləri barədə iltizam verirlər.

Hərbi andiçmə qaydası haqqında Əsasnaməni Azərbaycan Respublikası Milli Məclisi təsdiq edir.

Hərbi qulluqçular ancaq hərbi and içdikdən sonra döyüş tapşırığının yerinə yetirilməsinə cəlb edilə bilərlər.

Maddə 8. Hərbi rütbələr

Hər bir hərbi qulluqçuya və hərbi vəzifəliyə onun qulluq vəziyyətindən, hərbi və ya xüsusi hazırlığından, hərbi xidmət müddətindən, ehtiyatda vəziyyətindən, qoşun növünə və ya xidmətinə mənsubiyyətindən və xidmətlərindən asılı olaraq müvafiq hərbi rütbə verilir.

Aşağıdakı hərbi rütbələr müəyyən olunur:

hərbi qulluqçuların və hərbi vəzifəlilərin tərkibi

hərbi rütbələr

Ümumqoşun

Hərbi dəniz

Əsgərlər və matroslar

Əsgər (kursant)

Matros (kursant)

Baş əsgər

Baş matros

Çavuşlar

Kiçik çavuş

Kiçik çavuş

Çavuş

Çavuş


Baş çavuş

Baş çavuş

Gizirlər və miçmanlar

Kiçik gizir

Kiçik miçman


Gizir

Miçman


Baş gizir

Baş miçman

Kiçik zabitlər

Kiçik leytenant

Kiçik leytenant

Leytenant

Leytenant

Baş leytenant

Baş leytenant

Kapitan

Kapitan-leytenant

Baş zabitlər

Mayor

3-cü dərəcəli kapitan

Polkovnik-leytenant

2-ci dərəcəli kapitan

Polkovnik

1-ci dərəcəli kapitan

Ali zabitlər

General-mayor

Kontr-admiral

General-leytenant

Vitse-admiral

General-polkovnik


Ordu generalı

Admiral

Qoşun növləri və xüsusi qoşun generallarının hərbi rütbələrinə mənsub olduqları qoşunların adları əlavə edilir.

Tibb xidməti, ədliyyə zabitlərinin və generallarının hərbi rütbələrinə mənsub olduqları xidmətlərin adları əlavə edilir.

Çavuşlara və gizirlərə (miçmanlara) hərbi rütbələr qoşun və ya xidmət növü göstərilmədən verilir.

Ehtiyatda olan vətəndaşların hərbi rütbələrinə «ehtiyatda olan» sözləri, istefada olan vətəndaşların hərbi rütbələrinə isə «istefada olan» sözləri əlavə edilir.

Maddə 9. Hərbi rütbələrin verilməsi

Ali zabit hərbi rütbələri ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.

«Ordu generalı» hərbi rütbəsi müharibə dövründə dövlətin bütün silahlı qüvvələrinə rəhbərlik işində xüsusi xidmətlərə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanına və Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə ali zabit vəzifələrində çalışan hərbi qulluqçulara Azərbaycan Respublikası Milli Məclisi tərəfindən fərdi qaydada verilir.

Hərbi qulluqçulara və hərbi vəzifəlilərə digər hərbi rütbələr, bir qayda olaraq, növbəlik qaydasında «Hərbi xidmətkeçmə haqqında»Əsasnamənin və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsinin tələblərinə müvafiq surətdə verilir.

Həqiqi hərbi xidmətdə olan hərbi qulluqçuların hərbi rütbələrdə olması müddəti aşağıdakı kimi müəyyən edilir:

Hərbi rütbələrin adları

Aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün

Digər hərbi qulluqçular üçün

Kiçik çavuş

6 ay

6 ay

Çavuş

6 ay

6 ay

Kiçik gizir (kiçik miçman)

2 il

2 il

Gizir (miçman)

3 il

5 il

Kiçik leytenant

1 il

1 il

Leytenant

2 il

3 il

Baş leytenant, kapitan (kapitan-leytenant)

3 il

4 il

Mayor (3-cü dərəcəli kapitan)

4 il

5 il

Polkovnik-leytenant (2-ci dərəcəli kapitan)

5 il

6 il

Əsgər, matros, baş əsgər, baş matros, baş çavuş, baş gizir, baş miçman, polkovnik (1-ci dərəcəli kapitan) və ali zabit hərbi rütbələrində olma müddəti müəyyən edilmir.

Təhsil müddəti beş il olan ali hərbi tədris müəssisələri bitirmiş hərbi qulluqçular üçün «leytenant» hərbi rütbəsində olma müddəti bir il müəyyən edilir.

«Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə nəzərdə tutulmuş qaydada və müstəsna hallarda hərbi rütbənin aşağı salınması, hərbi rütbədən məhrum edilmə, hərbi rütbənin bərpa edilməsi, hərbi rütbənin vaxtından əvvəl və ya növbədən kənar verilməsi, eləcə də vəzifə ştatı üzrə müəyyən edilmiş hərbi rütbədən bir pillə yuxarı rütbə verilməsi mümkündür.

Maddə 10. Hərbi rütbələrdən məhrumetmə, hərbi rütbələrin aşağı salınması və bərpası

Hərbi qulluqçular və hərbi vəzifəlilər (əsgər, matros hərbi rütbələri olanlardan başqa) ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda məhkəmənin təqdimatı əsasında və ya Azərbaycan Respublikasının vətəndaşlığını itirdikdə onlara verilmiş hərbi rütbələrdən məhrum edilə bilər və ya əsgər, matros rütbəsinə endirilə bilərlər.

Hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbəsi məhkəmənin qərarı əsasında həmin hərbi rütbələri vermək hüququ olan vəzifəli şəxslər tərəfindən bərpa edilir.

Hərbi qulluqçular (zabit heyətindən başqa) Silahlı Qüvvələrin İntizam nizamnaməsi ilə müəyyənləşdirilmiş qaydada hərbi rütbədən məhrum edilə bilər və onların hərbi rütbələri bərpa edilə bilər.

Hərbi qulluqçuların və hərbi vəzifəlilərin hərbi rütbələri (əsgər və ya matros, kiçik gizir və ya kiçik miçman, kiçik leytenant və ya ona bərabər hərbi rütbəsi olanlardan başqa) bir pillə aşağı salına bilər.

Hərbi rütbələrin bir pillə aşağı salınması və rütbələr aşağı salındıqdan sonra bərpası aşağıdakı qaydada həyata keçirilir:

ali zabitlərin hərbi rütbələri — müvafiq icra hakimiyyəti orqanı tərəfindən, digər hərbi qulluqçuların, habelə hərbi vəzifəlilərin və istefada olan şəxslərin hərbi rütbələri isə— Hərbi xidmətkeçmə haqqında Əsasnamədə və Silahlı Qüvvələrin İntizam nizamnaməsində müəyyən edilən qaydada.

Maddə 11. Hərbi vəzifələr

Hərbi vəzifələr (hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələri) və bu vəzifələrə uyğun hərbi rütbələr xüsusi siyahılara əsasən hərbi hissələrin (gəmilərin, idarəetmə orqanlarının, idarələrin, hərbi məktəblərin) ştatlarında nəzərdə tutulur.

Ali zabitlər tərəfindən tutulmalı olan vəzifələrin vahid siyahısını Azərbaycan Respublikası Milli Məclisi təsdiq edir.

Hərbi qulluqçuların digər heyətləri tərəfindən tutulmalı olan vəzifələrin siyahısını isə tabeliklərinə müvafiq surətdə mərkəzi icra hakimiyyəti orqanları təsdiq edir.

Hərbi prokurorluq orqanlarında hərbi qulluqçular tərəfindən tutulmalı olan ştatlı vəzifələrin və bu vəzifələrə uyğun hərbi rütbələrin siyahısını Azərbaycan Respublikası Baş prokurorunun və Azərbaycan Respublikası müdafiə nazirinin birgə təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi təsdiq edir.

Hərbi tribunalların hərbi qulluqçular tərəfindən tutulmalı olan ştat vəzifələrinin və bu vəzifələrə uyğun hərbi rütbələrin siyahısını Azərbaycan Respublikası ədliyyə nazirinin, Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin və Azərbaycan Respublikası müdafiə nazirinin birgə təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisi təsdiq edir.

Hərbi qulluqçular müdafiə xarakterli işlərin yerinə yetirilməsi üçün özlərinin razılığı ilə müvafiq icra hakimiyyəti orqanının, yaxud Azərbaycan Respublikası Milli Məclisi sədrinin qərarına əsasən həqiqi hərbi xidmətdə saxlanılmaqla, dövlət hakimiyyəti və idarəetmə orqanlarına, müəssisələrə, idarələrə və təşkilatlara ezam oluna bilərlər.

Hərbi qulluqçuların xidmətdə bir hərbi vəzifədən başqa hərbi vəzifəyə keçirilməsi üçün əsaslar Hərbi xidmətkeçmə haqqında Əsasnamə ilə müəyyən edilir.

Hərbi qulluqçular ali zabitlər tərəfindən tutulmalı olan hərbi vəzifələrə, qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışdırsa, müvafiq icra hakimiyyəti orqanlarının təqdimatına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunurlar.

Maddə. 12. Hərbi qulluqçuların hərbi geyim forması və fərqlənmə nişanları

Hərbi qulluqçular və toplanışlardakı hərbi vəzifəlilər hərbi rütbə və qoşun (xidmət) növü üzrə fərqlənmə nişanları olan hərbi geyim forması geyinirlər.

Hərbi geyim forması, hərbi qulluqçuların fərqlənmə nişanı, onların geyilməsi və sancılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Hüququ olmayan vətəndaşların hərbi qulluqçuların hərbi geyim formasını fərqlənmə nişanları ilə geyməsi qanunla qadağandır və cəzalandırılır.


    II. Hərbi xidmətkeçmə

Maddə 13. Həqiqihərbi xidmətə qəbul (daxilolma)

Hərbi xidmətin müəyyən edilmiş tələblərinə cavab verən Azərbaycan Respublikası vətəndaşları və digər şəxslər aşağıdakı hərbi xidmətlərə könüllü daxil ola və qəbul edilə bilərlər:

    a) əsgərlərin, matrosların və çavuşların müddətdən artıq hərbi xidmətinə—qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək (zabitlərdən, gizirlərdən və miçmanlardan başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

    b) hərbi məktəb kursantlarının həqiqi hərbi xidmətinə—17 yaşından 21 yaşınadək vətəndaşlar, o cümlədən tədris müəssisəsinə qəbul edildiyi ildə 17 yaşı tamam olan vətəndaşlar, habelə zabit hərbi rütbəsi olmayan, hərbi tədris müəssisələrində oxumaq arzusunu bildirən 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər;

    v) gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə—azı bir il hərbi xidmət keçmiş əsgərlər, matroslar, çavuşlar, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlərdən başqa), habelə 19 yaşından 40 yaşınadək qadınlar;

    q) zabitlərin həqiqi hərbi xidmətinə—hərbi xidmətdə olmağın son yaş həddinə çatmamış ehtiyatda olan zabitlər, habelə ilk zabit hərbi rütbəsi verilməklə 35 yaşınadək həqiqi hərbi xidmətdə olan hərbi qulluqçular, ehtiyatda olan hərbi vəzifəlilər və qadınlar.

Bağlaşma yolu ilə həqiqi hərbi xidmətə yalnız digər dövlətlərin vətəndaşları qəbul oluna bilərlər. Bağlaşmada tərəflərin qarşılıqlı vəzifələri, məsuliyyəti bağlaşmanın ləğvi şərtləri nəzərdə tutulur.

Maddə 14. Həqiqi hərbi xidmətin başlanğıcı və sonu

Aşağıdakı günlər hərbi xidmətin başlanğıcı sayılır:

  • çağırışçılar üçün—hərbi hissəyə göndərilməkdən ötrü hərbi komissarlığa gəldikləri gün;
  • hərbi vəzifəlilər və qadınlar üçün—hərbi komissarlığın verdiyi sərəncamda göstərilmiş xidmət yerinə yola düşdükləri gün;
  • ali və orta ixtisas məktəbini bitirdikdən sonra bilavasitə hərbi xidmətə çağırılan (qəbul edilən) ehtiyatda olan zabitlər üçün— hərbi komissarlığın göstərdiyi məzuniyyətə getmə günü;
  • çağırışçılar, hərbi vəzifəlilər və qadınlar üçün—hərbi tədris müəssisəsinə qəbul olunduqları gün.

Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonu sayılır,

Maddə 15. Həqiqihərbi xidmətin müddətləri

Dinc dövrdə həqiqi hərbi xidmətin müddətlər hesabı ilə aşağıdakı kimi müəyyənləşdirilir:

    a) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

ali təhsili olanlar—1 il;

hərbi dəniz qüvvələrinin gəmilərində, döyüş təminatı üzrə sahil hissələrində və Sərhəd Qoşunları dəniz hissələrinin matrosları və çavuşları — 2 il, ali təhsili olanlar — 1 il 6 ay;

qalan bütün əsgərlər, matroslar və çavuşlar—1 il 6 ay;

Məhkumun intizam xarakterli hərbi hissədə cəza çəkdiyi vaxt müddətli həqiqi hərbi xidmət müddətinə hesablanmır;

    b) müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün:

müddətli həqiqi hərbi xidmətdən daxil olanlar, ehtiyatdan daxil olanlar və qadınlar—3 il. Bu müddət qurtardıqda müddətdən artıq həqiqi hərbi xidmət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 3 və ya 5 il, yaxud daha az müddətə uzadıla bilər;

    v) kursantlar üçün — hərbi tədris müəssisəsində təhsil müddətindən asılı olaraq;

    q) gizirlər və miçmanlar üçün—azı 5 il. Sonra bu müddət həqiqi hərbi xidmətdə olmağın son yaş həddi çatanadək 5 il, yaxud daha az müddətə uzadıla bilər;

    d) zabitlər üçün: ehtiyatdan həqiqi hərbi xidmətə çağırılanlar və ya könüllü daxil olanlar — 1 il 6 ay, bağlaşma üzrə həqiqi hərbi xidmətə könüllü qəbul olunanlar — 3 ilə qədər.

Maddə 16. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddi

Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş hədləri müəyyən edilir:

  • müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün — 37 yaş;
  • müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün — 45 yaş;
  • kiçik zabitlər üçün — 48 yaş;
  • baş zabitlər üçün: mayor, polkovnik-leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün — 48 yaş;
  • polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün — 53 yaş; ali zabitlər üçün — general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral — 58 yaş,
  • general-polkovnik, admiral rütbələrində — 63 yaş.

Ordu generalı üçün son yaş həddi müəyyən edilmir

Hərbi qulluqçuların həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadıqda onlar hərbi xidmətdə olmağın son yaş həddinə çatanadək hərbi xidmətdə qala bilərlər.

Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılmalıdırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər) .

Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla hərbi xidmətdə saxlanıla bilərlər.

Maddə 17. Həqiqi hərbi xidmətdən buraxılma

Ali zabit heyəti və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları müvafiq icra hakimiyyəti orqanıtərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar.

Dinc dövrdə və müharibə dövründə ali zabitləri, dinc dövrdə müddətli xidmət hərbi qulluqçularını həqiqi hərbi xidmətdən Azərbaycan Respublikasının Prezidenti buraxır.

Hərbi qulluqçuların qalan heyətləri Hərbi xidmətkeçmə haqqında Əsasnamədə müəyyən edilmiş qaydada həqiqi hərbi xidmətdən müvafiq icra hakimiyyəti orqanları tərəfindən buraxılırlar.

Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçular müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi siyahı üzrə hərbi geyimlə, yaşadıqları yerə getmək üçün bilet pulu və yolda olduqları müddətdə yemək pulu ilə, habelə birdəfəlik pul müavinəti ilə təmin edilirlər.

Maddə 18. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılma

Ehtiyatda olmağın son yaş həddinə çatmayan və səhhətinə görə dinc dövrdə və ya müharibə dövründə hərbi xidmətə yararlı olan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılırlar:

    a) xidmət müddəti başa çatdıqda kadr zabitlərdən başqa ;

    b) yaşa görə—həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda;

    v) xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan və ya 12 aydan sonra yeni müayinədən keçməklə müharibə dövründə həqiqi hərbi xidmətə yararsız sayıldıqda;

    q) ştatların ixtisarına görə—ştatların ixtisarı və ya təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa );

    ğ) ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ;

    d) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa);

    e) hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlərə görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa );

    ə) törədilmiş cinayətə görə məhkəmə tərəfindən həqiqi hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə;

    j) daimi fəaliyyət göstərən dövlət hakimiyyəti orqanlarının tərkibinə seçilib orada daimi işə keçdikdə;

    y) öz arzusu ilə—yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər.

Maddə 19. Həqiqi hərbi xidmətdən istefaya buraxılma

Ehtiyatda olmağın son yaş həddinə çatan və ya hərbi-həkim komissiyaları tərəfindən səhhətinə görə həqiqi hərbi xidmətə yararsız sayılan hərbi qulluqçular həqiqi hərbi xidmətdən aşağıdakı hallarda istefaya buraxılırlar:

    a) yaşa görə—ehtiyatda olmağın son yaş həddinə çatdıqda;

    b) xəstəliyə görə—hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılaraq hərbi uçotdan çıxarıldıqda;

    v) törədilmiş cinayətə görə məhkəmə tərəfindən həqiqi hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə.


III. Ehtiyatda xidmət

Maddə 20. Ehtiyata keçirilmə

Hərbi və ya alternativ xidmətdən buraxılmış, habelə həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş hərbi qulluqçular (xəstəliyə görə hərbi uçotdan çıxarılanlardan başqa) ehtiyata keçirilirlər.

Ehtiyata keçirilmiş şəxslər vaxtaşırı tibbi müayinədən keçirilməlidirlər. Bu zaman səhhətinə görə həqiqi hərbi və ya alternativ xidmət etmədən ehtiyata keçirilmiş hərbi vəzifəlilər 35 yaşına çatanadək həqiqi hərbi xidmətə yararlı hesab edildikdə çağırışçılar uçotuna qaytarılmalı (Azərbaycan Respublikasının müvafiq qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla) və ümumi əsaslarla müddətli hərbi xidmətə çağırılmalıdırlar.

Maddə 21. Ehtiyatda olmağın son yaş hədləri və dərəcələri

Ehtiyatda olan hərbi vəzifəlilər yaş əlamətinə görə dərəcələrə bölünür və aşağıdakı son yaş hədlərinədək ehtiyatda olurlar:

Hərbi vəzifəlilərinheyəti

Ehtiyatda olmanın son yaş hədləri

birinci dərəcə

ikinci dərəcə

üçüncü dərəcə

Əsgərlər, matroslar, çavuşlar, gizirlər və miçmanlar

35 yaş

45 yaş

50 yaş

Kiçik zabitlər

50 yaş

55 yaş

Baş zabitlər: mayor və polkovnik-leytenantlar

50 yaş

55 yaş

polkovniklər

55 yaş

60 yaş

ali zabitlər

60 yaş

65 yaş

Hərbi vəzifəli qadınlar yaşından və hərbi rütbələrindən asılı olmayaraq üçüncü dərəcəli ehtiyata keçirilirlər. Ehtiyatda olmağın son yaş həddi qadın zabitlər üçün—50 yaş, qalan hərbi vəzifəli qadınlar üçün—45 yaşdır.

Maddə 22. Toplanışlar keçilməsi

Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi (təlim və yoxlama) və xüsusi toplanışlara çağırılırlar.

Hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə aşağıdakı qaydada hərbi təlim toplanışlarına çağırılırlar:

Hirinci dərəcəli ehtiyatda olanlar—hər dəfə iki ayadək müddətə beş dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Hkinci dərəcəli ehtiyatda olanlar—hər dəfə iki ayadək müddətə üç dəfəyədək, lakin il ərzində bir dəfədən çox olmayaraq;

Üçüncü dərəcəli ehtiyatda olanlar—bir ayadək müddətə bir dəfə.

Hərbi vəzifəlilər hərbi təlim toplanışlarından başqa 10 günədək müddətə hərbi yoxlama toplanışlarına çağırıla bilərlər.

Hərbi toplanışların müddətləri və vaxtı bu Qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Hər il hərbi toplanışlara cəlb edilən hərbi vəzifəlilərin sayını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

Ehtiyatda olarkən hərbi toplanışlarda olmağın ümumi müddəti 18 aydan çox ola bilməz.

Fövqəladə vəziyyət şəraitində hərbi vəzifəlilər fövqəladə hadisələrin (respublika əhalisinin və ya onun bir hissəsinin həyatını, yaxud normal həyat şəraitini təhlükə altına alan və ya təhlükə altına ala bilən böyük qəzalar, təbii fəlakətlər, güclü epidemiyalar və digər hallar) qarşısının alınmasında və ya nəticələrinin aradan qaldırılmasında iştirak etmək üçün müvafiq icra hakimiyyəti orqanının qərarı ilə üç ayadək müddətə xüsusi toplanışlara çağırıla bilərlər.

Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə zərurət olduqda hərbi vəzifəlilər hərbi və xüsusi toplanışlarda bu Qanunla müəyyən edilmiş müddətdən əlavə üç ayadək müddətə saxlanıla bilərlər.

Toplanışa çağırılmış hərbi vəzifəlilərə toplanış dövründə müəyyənləşdirilmiş qaydada təminat şərtləri şamil edilir.

Toplanışa çağırılmış hərbi vəzifəlilər çağırış üzrə vəzifələrini yerinə yetirdikləri və toplanış keçirdikləri bütün dövrdə işdən azad edilirlər. Toplanış yerinə gedib-gəldikləri vaxt da daxil olmaqla onların vəzifəsi (işi) və orta qazancı saxlanılır.

Göstərilən şəxslər çağırış vərəqəsi aldıqları kündən toplanışdan qayıdana qədər, müəssisənin, idarənin və ya təşkilatın tam ləğv edildiyi hallar istisna olmaqla, işdən azad edilə bilməzlər.

Hərbi vəzifəlinin işlədiyi müəssisə, idarə və ya təşkilat tam ləğv olunduqda toplanış dövründə ona verilməli məbləğlər ləğv edilən müəssisə, idarə, təşkilat və ya onların hüquq varisi tərəfindən ödənilir.

Toplanış dövründə hərbi vəzifəli xəstələnərsə və toplanış başa çatdıqdan sonra xəstəliyi davam edərsə, onun iş yeri və vəzifəsi saxlanılır, toplanış başa çatdığı kündən isə orta qazancı əvəzinə ona qüvvədə olan qanunvericiliyə müvafiq surətdə müvəqqəti əmək iqtidarsızlığına görə müavinət ödənilir.

Hərbi vəzifəlilər hüquq pozuntuları törətməyə, toplanışlardan boyun qaçırmağa, hərbi intizamı və ictimai asayişi pozmağa görə qanunvericilikdə nəzərdə tutulmuş maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar.

Maddə 23. Təlim toplanışları keçməkdən azadetmə

Aşağıdakılar təlim toplanışları keçməkdən azad edilirlər;

    a) Azərbaycan Respublikası Milli Məclisi müəyyən etdiyi vəzifələr siyahısı üzrə dövlət orqanlarında çalışan məsul işçilər;

    a-1) Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman);

    b) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi vəzifələr siyahısı üzrə xalq təsərrüfatında saxlanılan hərbi vəzifəlilər;

    v) mülki aviasiyanın uçuşları bilavasitə təmin edən uçuş və texniki heyəti;

    q) Hərbi-Dəniz Qüvvələrinin ehtiyatda olan zabitləri istisna edilməklə, dəniz donanması gəmilərinin üzgü-heyəti;

    ğ) səpin və yığım işləri dövründə traktorçular və kombaynçılar, kənd təsərrüfatı texnikasına xidmət edən mexaniklər, kənd təsərrüfatı müəssisələrinin rəhbər işçiləri;

    d) əyani və axşam təhsili formaları üzrə, imtahan və yoxlama verilməsi dövründə isə qiyabi təhsil forması üzrə təhsil alanlar;

    e) hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra bir il ərzində hərbi vəzifəlilər;

    ə) ailə vəziyyətinə, səhhətinə görə, deputatlıq fəaliyyəti ilə əlaqədar olaraq çağırışdan möhlət almağa əsası olan, habelə 16 yaşınadək üç və daha çox uşağı olan hərbi vəzifəlilər;

    j) qadın hərbi vəzifəlilər.

Təlim toplanışları keçməkdən azad etmək barəsində qərarı "hərbi vəzifəlilərin hərbi uçotda olduğu rayonun (şəhərin) hərbi komissarı qəbul edir.

Maddə 24. hərbi vəzifəlilərə hərbi rütbələr verilməsi

Təlim toplanışları keçmiş və tədris proqramı üzrə yoxlamaları müvəffəqiyyətlə vermiş hərbi vəzifəlilərə Hərbi xidmətkeçmə haqqında Əsasnamədə müəyyənləşdirilmiş qaydada polkovnik və ona bərabər rütbə də daxil olmaqla növbəti hərbi rütbələr verilir.

Maddə 25. Hərbi vəzifəlilərin istefaya keçirilməsi

Üçüncü dərəcəli ehtiyatda olmağın son yaş həddinə çatmış, habelə hərbi-həkim komissiyaları tərəfindən həqiqi hərbi xidmətə yararsız sayılmış hərbi vəzifəlilər hərbi uçotdan çıxarılıb istefaya keçirilirlər.


    IV. Yekun müddəaları

Maddə 26. Hərbi xidmətin maliyyə və maddi təminatı

Hərbi xidmətin maliyyə və maddi təminatı Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən, yerli büdcələrdən ayrılan təxsisat, habelə əlaqədar mərkəzi icra hakimiyyəti orqanlarının , müəssisələrin, idarələrin, təşkilatların vəsaiti hesabına həyata keçirilir.


Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY


Bakı şəhəri, 3 noyabr 1992-ci il

№ 362


«Azərbaycan» qəzetində dərc edilmişdir (05 dekabr 1992-ci il, № 52)(«VneshExpertService»).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 21, maddə 912)

2 may 1995-ci il tarixli, 1030 nömrəli; 7 oktyabr 1997-ci il tarixli, 378-IQD nömrəli; 26 mart 1999-cu il tarixli, 630-IQD nömrəli; 27 fevral 2001-ci il tarixli, 92-IIQD nömrəli; 27 fevral 2001-ci il tarixli, 93-IIQD nömrəli; 5 oktyabr 2001-ci il tarixli, 190-IIQD nömrəli; 12 oktyabr 2001-ci il tarixli, 202-IIQD nömrəli; 25 dekabr 2001-ci il tarixli, 239-IIQD nömrəli; 24 may 2002-ci il tarixli, 333-IIQD nömrəli; 2 iyul 2002-ci il tarixli, 356-IIQD nömrəli; 5 mart 2004-cü il tarixli, 597-IIQD nömrəli; 20 aprel 2004-cü il tarixli, 640-IIQD nömrəli; 28 iyun 2005-ci il tarixli, 966-IIQD nömrəli; 3 mart 2006-cı il tarixli, 75-IIIQD qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VneshExpertService»).