Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü Nyu-Yorkda da qeyd edilib. Şəhərin maliyyə mərkəzi olan Uol Stritin “Bowling Green” parkında keçirilən tədbir Nyu-York Azərbaycanlıları Assosiasiyasının tərəfindən təşkil olunub. Tədbirdə ABŞ-dakı Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

ABŞ-ın və Azərbaycanın dövlət himnlərinin səslənməsindən sonra Nyu-York Azərbaycanlıları Assosiasiyasının rəhbəri Ercan Erdələnli və təşkilatın vitse-prezidenti Zəminə Mirhadıyeva çıxış edərək Azərbaycanın müstəqilliyinin bərpasının iyirmi beş illiyinin ABŞ-da qeyd olunmasının önəmini vurğulayıblar.

“Boüling Green” parkında keçirilən bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York