Oktyabrın 24-də Böyük Britaniyada fəaliyyət göstərən Exeter Azərbaycan Cəmiyyəti tərəfindən həmin universitetdə müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı tədbir keçirmişdir.
Cəmiyyətdən AzərTAc-a bildirmişlər ki, tədbirdə Exeter və Britaniyanın digər universitetlərində təhsil alan 50-yə yaxın azərbaycanlı və xarici tələbə, eyni zamanda universitetin professorları iştirak etmişlər. Mərasim bu günün Azərbaycan üçün önəmi və onun tarixi haqqında təqdimatla başlamışdır.
Tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli rəqslərimiz təqdim olunmuş, rəmzi tort kəsilmişdir.


AzərTAc