Azərbaycanın Meksikadakı səfirliyi tərəfindən Mexiko şəhərində ölkəmizin dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə tədbir təşkil edilib. Ölkəmizin Meksikadakı səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, mərasimdə Meksika Konqresi Deputatlar Palatasının Meksika-Azərbaycan dostluq qrupunun üzvləri, hakim İnqilabi İnstitusional Partiyasının sədr müavini, Meksika cəmiyyətində böyük nüfuza malik xanım Elsa Espinosa və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan müvəqqəti işlər vəkili Mehriban Səmədova xalqımızın müstəqilliyə gedən yolda qarşılaşdığı maneələri qəhrəmanlıqla dəf etməsindən və ötən 25 il ərzində ölkəmizin keçdiyi bənzərsiz inkişaf yolundan, müstəqillik dövründə əldə olunmuş nailiyyətlərdən danışıb.

Sonra Azərbaycan haqqında videoçarx nümayiş etdirilib.