AZ EN RU

1991-ci ilin 18 oktyabrı Azərbaycan tarixinin yenidən dövlət müstəqilliyinə qovuşduğu gündür. Müstəqilliyin elan edilməsindən ötən 20 il ərzində Azərbaycan hərc-mərcliyin hökm sürdüyü ölkədən regionun dinamik inkişaf etmiş ölkəsinə çevrilmişdir. Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları 9 fəsildən ibarət “Azərbaycan Respublikası – 20” elektron resursun ilk 3 fəsli dövlətçilik tariximizi, dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dünya birliyinə inteqrasiyası sahəsində görülən işləri, demokratik və hüququ dövlət quruculuğu, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində 20 ildə qazanılan uğurları özündə əks etdirir. Elektron resursa dövlətçilik atributlarının bərpası və dövlət quruluşunun əsaslarına dair sənədlər toplanılmışdır. İstifadəçilərə, həmçinin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş verən mühüm hadisələrin xronologiyası təqdim edilir (1988-ci ildən indiyədək).

“Elektron resurslar” fəsli dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə əks etdirir.

“Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir.

“Fotoqalereya” bölməsi müstəqil Azərbaycanın keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.

2011 © Prezident Kitabxanası | www.preslib.az