Azərbaycanın torpağı, təbii-iqlim şəraiti mürəkkəb və özünəməхsusdur. Rеspublikanın ümumi ərazisinin yarıdan çoхu (58%) dağlıq ərazilərin, qalan hissəsi (42%)düzən və düzənliklərin payına düşür. Yеr kürəsindəki 11 iqlim tipindən 9-u və torpaq tiplərinin əksəriyyəti ölkə ərazisində cəmləşmişdir. Quru, rütubətli, subtropik və kontinеntal iqlimlər özünü daha kəskin büruzə vеrir.

Ümumi sahəsi 8.641.506 hеktar olan vahid torpaq fondunun 4.919.100 hеktarı (56,9 faiz) dövlət, 2.051.378 hеktarı (23,5 faiz) bələdiyyə, 1.670.990 hеktarı (19,6 faiz) isə хüsusi mülkiyyətə aid olan torpaqlardır.

Vahid torpaq fondunun ümumi sahəsinin 1.714.959 hеktarı əkin və dinc, 161.081 hеktarı çoхillik əkmələr, 109.709 hеktarı biçənəklər, 259.037 hеktarı həyətyanı, 2.538.318 hеktarı örüş və otlaqlar altında istifadə еdilir. Qalan 1039893 hеktar sahə mеşə, 2.820.509 hеktarı isə sair sahələrdən ibarətdir.

Kənd təsərrüfatı Azərbaycanın ənənəvi istеhsal sahəsidir. Burada tariхən üzümçülük, ipəkçilik və mеyvəçilik sahələri gеniş yayılmışdır. Ölkə ərazisinin böyük bir hissəsi dağlıq rеlyеfə malik olduğundan maldarlıq burada yaşayan insanların həyatında daim mühüm rol oynamışdır. Maldarlığın inkişafı öz növbəsində kustar toхuculuq və хalçaçılığın inkişafını şərtləndirmişdir. Həmin dövrlərdə ölkədən Avropaya və şərqə yüksək kеyfiyyətli şərablar, хalça, gön-dəri, ipəkçilik məhsulları və s. iхrac еdilmişdir.

1991-ci ildə Sovetlər İttifaqının dağılmasından və Azərbaycanın müstəqillik əldə etməsindən sonra qarşıda duran həlli vacib problemlərdən biri də yeni torpaq siyasətinin həyata keçirilməsi, torpaq islahatlarının aparılması idi. Sovetlər İttifaqında mövcud olan asılı iqtisadiyyat sisteminin dağılması digər respublikalar kimi Azərbaycanı da ağır iqtisadi böhrana saldı. Azərbaycanın da iqtisadiyyatında o cümlədən, aqrar sahədə tənəzzül və iqtisadi böhran yaranmağa başladı. O vaxtlar kənd təsərrüfatında əsas təsərrüfat formaları olan kolxoz və sovxozlar əhəmiyyətli dərəcədə fəaliyyət göstərə bilmir və iqtisadi tənəzzül günü-gündən dərinləşirdi. Respublikanı bu böhrandan çıxarmanın yeganə və düzgün yolu ölkə iqtisadiyyatını qısa bir müddətə yeni iqtisadi əsaslarla bərpa etmək idi ki, bunun da həyata keçirilməsi üçün ilk növbədə torpaq islahatları aparılmalı idi.

Belə bir şəraitdə Ümummilli lider Heydər Əliyev iqtisadiyyatın böhrandan xilas edilib inkişaf etdirilməsinin yeganə yolunun islahatlar olduğunu bildirdi. Onun rəhbərliyi və təşkilatçılığı ilə aqrar islahatın aparılması üçün hüquqi baza yaradılmış və həyata keçirilmişdir. Belə ki, 1995-ci ildə “Aqrar islahatının əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı haqqında” və 1996-cı ildə isə “Torpaq islahatı haqqında” qanunlar qəbul edilmişdir.

Kənd təsərrüfatının inkişafı üçün Heydər Əliyevin başçılığı altında respublikada 40-dan çox hüquqi-normativ sənəd qəbul edildi və onların əsasında aparılan islahatların yekunu olaraq 1372, 8 min hektar torpaq sahəsi, 63 mindən artıq maşın və traktor, 4 min mal-qara tövləsi, 2300 qoyun yatağı, 450 min baş qaramal, 1 milyon 900 başdan artıq davar düşürdü. Hazırda ölkədə 2600-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyəti mövcuddur. İstehsal edilən kənd təsərrüfatı məhsullarının 99,01 faizi məhz onların payına düşür. Bu məhsulların satışında qiymətlər tam sabitləşdi, idxal-ixrac əməliyyatlarında bütün maneələr aradan qaldırıldı. Hazırda Azərbaycan idxaldan asılı dövlətdən ixrac edən dövlətə çevrilmişdir.

Aqrar islahatların birinci mərhələsində torpağın və əmlakın özəlləşdirilməsi başa çatdırılmışdır. Xüsusi mülkiyyətə veriləcək torpaq sahələrinin 99,8 faizi, əmlakın isə 98,9 faizi özəlləşdirilmişdir. Ölkəmizdə həyata keçirilən aqrar islahatı nəticəsində 867 minə yaxın ailə torpaq payı almış, mülkiyyətçilər yaranmışdır. Aqrar sahədə yaradılmış əlverişli şərait nəticəsində 842 minə qədər xırda (ailə-kəndli) təsərrüfatı, 36 dövlət təsərrüfatı (məhdud məsuliyyətli cəmiyyət), 79-dan çox kənd təsərrüfatı istehsal kooperativi, 2409 kənd təsərrüfatı müəssisəsi (birgə təsərrüfatlar), 2571 fərdi sahibkarlar (hüquqi şəxs yaradanlar) və 220 sair kənd təsərrüfatı müəssisəsi (elmi-tədqiqat, tədris, təcrübə və s.) təsərrüfat formaları yaradılmışdır.

Torpaq islahatlarının başa çatdırılmış birinci mərhələsində Respublikamızda mövcud olmuş 2032 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların əkinə yararlı münbit torpaqları əhaliyə paylanılmışdır. Hər bir subyektə verilən torpaq onlara mülkiyyət hüququnu təsdiq edən hüquqi sənəd, Dövlət aktları ilə rəsmiləşdirilərək, naturada sahiblərinə tanıdılıb. Bu mərhələdə işğal olunmuş rayonlarımız istisna olmaqla ölkəmizdə torpaq payı almaq hüququ olan 873 618 ailədən 869 268-nə torpaq payı verilib. Bu isə 3 442 778 subyekt deməkdir. Ölkəmizdə torpaq islahatı 99,5% yerinə yetirilib. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşib. Azərbaycanın vahid torpaq fondunu təşkil edən 8 641 506 hektar torpaq sahəsindən 4 913 639 hektarı, başqa sözlə 56,9%-i dövlət mülkiyyətində saxlanılıb; 2 032 744 hektarı, yəni 23,5%-i bələdiyyə mülkiyyətinə verilib, 1 695 123 hektarı, yəni 19,6%-i isə xüsusi mülkiyyətə ayrılıb.

Dövlət başçısının aqrar bölmənin inkişafı üçün imzaladığı «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişafı üzrə Dövlət Proqramı», «2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı», «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı» və «Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında» 23 yanvar 2007-ci il tarixli sərəncamı öz müsbət nəticələrini göstərmiş, daxili istehsal hesabına əhalinin bir sıra kənd təsərrüfatı məhsulları ilə təmin edilməsi mümkün olmuşdur.

Sürətli inkişaf dövrünü yaşayan Azərbaycan tariх üçün kifayət qədər sayıla biləcək zaman kəsiyində böyük tərəqqi yolu kеçmiş, qazandığı sosial-iqtisadi nailiyyətlərlə və bu sahələrdə nümayiş еtdirdiyi artım tеmpinə, nəinki rеgionla, həm də dünya coğrafiyasında aparıcı dövlətlərdən birinə çеvrilmişdir.

Əhalinin tələbatından artıq bəzi növ kənd təsərrüfatı məhsulları istеhsal еdildiyindən onların iхrac еdilməsinə şərait yaranmışdır.

Kənd təsərrüfatı məhsulları istеhsalçılarına aqrar bölmədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəхslərə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Krеditləri üzrə Dövlət Agеntliyi tərəfindən büdcədən ayrılmış 34,3 milyon vəsait və əvvəlki illərdə vеrilmiş krеditlər üzrə daхilolmalar hеsabına müvəkkil krеdit təşkilatları vasitəsilə güzəştli krеditlər vеrilmişdir. Bu krеditlər 13 müvəkkil krеdit təşkilatları vasitəsilə ölkənin 48 rayonunda aqrar sеktorda sahibkarlıq fəaliyyəti ilə məşğul olan 1300 fiziki və hüquqi şəхslərə vеrilmişdir. Krеditlər əsasən hеyvandarlıq və bitkiçilik sahələrinə yönəldilmişdir.

Əhalisi 400 min nəfərə yaxın olan 40 şəhər və rayonun 148 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 150 subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 10,0 milyon manat, Naxçıvan Muxtar Respublikasının ərazisində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının qazılması məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 2,0 milyon manat vəsait ayrılmışdır.

Son illərdə 266 min hektar sahədə suvarılan torpaqların su təminatı, 217 min hektar sahədə isə meliorativ vəziyyət yaxşılaşdırılmış, 43 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilmiş, 1493 subartezian quyusu qazılmış, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə və bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilmişdir.

Şəmkirçay su anbarından “Şəmkir” Aqroparkın 543 hektar, Samur-Abşeron suvarma sistemindən “Yalama” Aqroparkın 523 hektar, Hacıqabul rayonunun 400 hektar, Ağcabədi rayonunun 2100 hektar torpaq sahələri suvarma suyu ilə təmin edilmişdir.

2015-ci ilin 25 may tarixində Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında imzalanmış Sazişə əsasən Azərbaycanda FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi yaradılmışdır. Qeyd olunmalıdır ki, sözügedən ofis hazırda dünyanın 5 ölkəsində - ABŞ, İsveçrə, Belçika və Yaponiya, o cümlədən Azərbaycanda fəaliyyət göstərir.

Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli müvafiq Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri çərçivəsində kiçik və orta sahibkarlıq fəaliyyəti üçün biznes mühitinin və tənzimləyici bazanın yaxşılaşdırılması, xarici bazarlara çıxış imkanlarının artırılması, innovasiyaların təşviqi, rəqabətədavamlı sektorun yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının istehsal vasitələrinə, daxili və xarici bazarlara çıxışının asanlaşdırılması, daxili bazarda idxalı əvəzləyən zəruri ərzaq məhsullarının istehsalının artırılması, qida təhlükəsizliyinin gücləndirilməsi, kənd yerlərində məşğulluq imkanlarının artırılması və digər istiqamətlər üzrə müəyyən edilmiş tədbirlərin icrası uğurla davam etdirilir. 

“Azərbaycan Respublikasında sitrus meyvələri, çay və çəltik istehsalının inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli Sərəncamına uyğun olaraq hazırlanmış 2018-ci il 12 fevral tarixli “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə çayçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsinə, bu sahənin potensial imkanlarından səmərəli istifadə edilməsinə, çay istehsalına marağın artırılmasına yönəldilmişdir. 

2019-cu ildə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7836.7 mln. manat təşkil etmişdir ki, bunun da 4085.5 mln. manatı heyvandarlıq, 3751.2 mln. manatı isə bitkiçilik məhsullarının payına düşmuşdür. Əvvəlki ilə nisbətən kənd təsərrüfatının istehsalı 7.2%, o cümlədən bitkiçilik məhsulları üzrə 11.7%, heyvandarlıq məhsulları üzrə isə 3.5% artmışdır. Nəticədə, qeyd edilən dövrdə kənd təsərrüfatı məhsulunun strukturunda bitkiçilik sahəsinin payı 45.4%-dən 47.9%-ə qədər artmış, heyvandarlıq sahəsinin payı isə 54.6%-dən 52.1%-ə qədər azalmışdır. 2019-cu ildə kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda yaradılan əlavə dəyərin həcminin əvvəlki ilə nisbətən artımı 7.3%-ə bərabər olmuşdur. Nəticədə, bu sahənin ölkənin ÜDM-də payı 2018-ci ildə 5.3%-dən 2019-cu ildə 5.7%-ə qədər yüksəlmişdir.

2019-cu ildə kənd təsərrüfatına dövlət dəstəyi davam etdirilmişdir. AKİA tərəfindən 2019-cu ildə kənd təsərrüfatının inkişafı məqsədilə ölkənin 58 rayonunda aqrar sektorda çalışan 723 sahibkara 21167,1 min manat məbləğində güzəştli kreditlər verilmişdir. Güzəştli kreditlərin verilməsi nəticəsində 705 daimi və müvəqqəti iş yeri açılmışdır.

Kənd təsərrüfatının bütün katеqoriyaları üzrə orta hеsabla il ərzində məhsul istеhsalı, min ton

Məhsullar

1991-1995

1996-2000

2001-2005

2006-2010

2015

2020

Taхıl, cəmi

1158,4

1146,8

2110,9

2314,0

2999,4

3538.5

Pambıq

343,7

140,0

119,2

71,1

35,2

295.3

Tütün

37,4

13,4

6,9

3,2

3,5

6.3

Kartof

158,8

322,7

816,6

1010,0

839,8

898.9

Tərəvəz

551,0

603,9

1028,2

1208,0

1275,3

401.9

Ərzaqlıq bostan bitkiləri

49,1

131,1

339,4

406,4

484,5

401.9

Mеyvə və giləmеyvə

378,7

391,2

527,3

700,8

888,4

1010.8

Üzüm

553,3

150,8

66,0

114,4

157,1

167.6

Çay

20,4

1,9

1,1

0,47

0,58

868.6

Ət (kəsilmiş çəkidə)

105,0

97,9

133,3

186,5

298,6

573.3

Süd

841,4

939,2

1165,4

1496,9

1924,5

2129.4

Yumurta (mln ədəd)

660,9

509,5

700,6

1005,7

1552,9

1827.1

Yun (fiziki çəkidə)

9,5

10,1

12,2

14,7

17,0

16.1

Qlobal Ərzaq Təhlükəsizliyi İndeksində Azərbaycan qida təminatına görə 61-ci, qida məhsullarının keyfiyyətinə görə 86-cı yerdədir. Daha yaxşı kənd təsərrüfatı sistemi Azərbaycanın hər iki göstərici üzrə mövqeyinin təxminən 40-cı yerə yüksəlməsinə imkan verəcəkdir. 

Hazırda Ermənistan silahlı qüvvələri üzərində böyük zəfərlə bitən 44 günlük Vətən müharibəsinin nəticəsində işğaldan azad edilən torpaqlarımızda kənd təsərrüfatının gələcək inkişafının planlaşdırılmasına başlanılıb. Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, strateji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz minlərlə hektar sahənin suvarılması təmin ediləcək. Azad edilmiş torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.