1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:

18 oktyabr — Dövlət müstəqilliyi günü hər il Azərbaycan Respublikasının Dövlət bayramı kimi qeyd edilsin.


Heydər ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 15 oktyabr 1994-cü il

№ 223