1991-ci ilin 18 oktyabr günü Azərbaycan xalqının yenidən dövlət müstəqilliyinin bərpası günüdür. Müstəqilliyin elan edilməsinin ilk illərində Azərbaycan hərc-mərcliyin hökm sürdüyü bir ölkə olduğu halda, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkədə sabitlik bərqərar edilmiş, dinc quruculuq işlərinə başlanılmış, nəhayət, regionun dinamik inkişaf etmiş ölkəsinə çevrilmişdir. Prezident Kitabxanasının əməkdaşlarının hazırladıqları “Müstəqil Azərbaycan” elektron resursun ilk 4 fəsli dövlətçilik tariximizi, dövlət müstəqilliyinin qorunması, möhkəmləndirilməsi və dünya birliyinə inteqrasiyası sahəsində görülən işləri, demokratik və hüququ dövlət quruculuğu, sosial-iqtisadi sahədə həyata keçirilən islahatlar nəticəsində qazanılan uğurları özündə əks etdirir. Elektron resursa dövlətçilik atributlarının bərpası və dövlət quruluşunun əsaslarına dair sənədlər toplanılmışdır. İstifadəçilərə, həmçinin Kitabxananın əməkdaşları tərəfindən hazırlanan müstəqilliyə qədərki dövrdə və müstəqillik illərində baş verən mühüm hadisələrin xronologiyası təqdim edilir (1988-ci ildən etibarən).

“Elektron resurslar” fəsli dövlət quruculuğunun müxtəlif sahələrini özündə əks etdirən kitabların və məqalələrin elektron versiyalarını özündə əks etdirir.

“Biblioqrafiya” fəslində istifadəçilərə kitabxananın fonduna daxil olan və müstəqil Azərbaycanın həyatının mühüm sahələrini əhatə edən kitabların, qəzet və jurnal məqalələrinin və avtoreferatların biblioqrafiyası təqdim edilir.

“Fotoqalereya” bölməsi müstəqil Azərbaycanın keçdiyi tarixi yolun fotoxronikasını özündə əks etdirir.

E-Kitablar

          Fotoqalereya