Azərbaycan bugün
Azərbaycan Respublikası Cənubi Qafqazın şərqində yerləşən dövlətdir. Xəzər dənizinin cənub-qərb sahilində, 38°24' ilə 41°54' şimal enlikləri və 44°46' ilə 50°50' şərq uzunluqları arasındadır. Ərazisinin uzunluğu qərbdən şərqə 450 km, şimal-qərbdən cənub-şərqə 440 km-dir.
Azərbaycan Respublikası şimalda Rusiya Federasiyası (390 km), şimal-qərbdə Gürcüstan (471 km), qərbdə və cənub-qərbdə Ermənistan Respublikası (1007 km) və Türkiyə (15 km), cənubda İran İslam Respublikası (765 km) ilə həmsərhəddir. Rusiya Federasiyası ilə sərhəd xətti Samur çayı, Sudur silsiləsi və Baş Qafqaz silsiləsinin yal hissəsindən keçir. Gürcüstanla sərhədi, əsasən, Qanıx, Qabırrı çayları və Kür ilə Qabırrı çaylarının suayırıcısı təşkil edir. Ermənistan Respublikasından, əsasən, Murğuz, Şahdağ və Şərqi Göyçə silsilələri və Qarabağ yaylası ilə ayrılır. Türkiyə və İran İslam Respublikası ilə dövlət sərhədini çox yerdə Araz, Bolqar, Astara çayları və Talış dağları təşkil edir. Biləsuvardan Araz çayına qədər 50 km-lik məsafədəki sərhəd Muğan düzündən keçir. Azərbaycan Respublikasının quru sərhədlərinin uzunluğu 2647 km, su sərhədlərinin uzunluğu 816 km-dir.
Azərbaycan Respublikası ərazisinin təqribən yarısı dağlıqdır. Şimalda Böyük Qafqaz, cənubda Kiçik Qafqaz dağları və onların arasında Kür çökəkliyi, cənub-şərqdə Talış dağları uzanır. Ölkənin ərazisi faydalı qazıntılarla (neft, qaz, polimetal, dəmir filizi, alüminium, kobalt, mineral sular və s.) zəngindir. Dünyada mövcud olan 11 iqlim tipindən 8-i Azərbaycan Respublikasında müşahidə olunur. Respublika ərazisindən müxtəlif uzunluqda 8300-dən çox çay axır, 250-dən çox göl və su anbarları, zəngin torpaq-bitki örtüyü və heyvanlar aləmi var.
Azərbaycan Respublikası bir palatalı parlamentli (Milli Məclis) prezident respublikasıdır. Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir. Prezident Azərbaycan xalqının vahidliyini təcəssüm etdirir və Azərbaycan dövlətçiliyinin varisliyini təmin edir. Prezident Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyünün təminatçısıdır. Prezident Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanıdır.
Azərbaycanda ilk respublika Azərbaycan Xalq Cümhuriyyəti adı ilə 1918-ci il mayın 28-də yaradılmış və 23 ay fəaliyyət göstərmişdir. 1920-ci il aprelin 28-də Azərbaycanda sovet hakimiyyəti qurulmuş və 1991-ci ildə SSRİ dağılanadək davam etmişdir. 1991-ci il oktyabrın 18-də Milli Məclisdə Azərbaycanda dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunmuş və Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan edilmişdir.
Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq referendumunda qəbul edilmişdir. Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının dövlət bayrağı, gerbi və himni var.
Azərbaycan Respublikası BMT-nin (1992), Avropa Şurasının (2001), MDB-nin (1991) və ATƏT-in (1992) üzvüdür. Azərbaycan Respublikasında dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikasının dövlət orqanları, mədəniyyət, maarif müəssisələri və başqa idarələri Azərbaycan dilinin sərbəst işlədilməsini, kargüzarlığın dövlət dilində aparılmasını təmin edir və onun hərtərəfli tətbiqinə dövlət qayğısı göstərir. Azərbaycan Respublikasında əhalinin danışdığı başqa dillərin də azad surətdə işlədilməsi təmin edilir. Dövlət hakimiyyətinin ali qanunverici orqanı Azərbaycan Respublikasının Milli Məclisidir. Dövlət hakimiyyətinin ali icra və sərəncamverici orqanı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir. Ali məhkəmə orqanı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsidir. Naxçıvan MR-in ali dövlət hakimiyyəti orqanı Naxçıvan MR Ali Məclisi, dövlət hakimiyyətinin ali icra və sərəncam orqanı Naxçıvan MR Nazirlər Kabinetidir. Respublikanın şəhər, qəsəbə və kəndlərində dövlət hakimiyyətinin yerli özünüidarəetmə orqanları bələdiyyələrdir.
Azərbaycan Respublikasının suverenliyi Azərbaycan Respublikası tərəfindən öz ərazisinin hər yerində ali qanunvericilik, icra və məhkəmə fəaliyyətinin respublikanın bütün vətəndaşlarının xeyrinə müstəqil həyata keçirilməsində ifadə olunur.
Azərbaycan Respublikasının ərazisi bölünməzdir və Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə respublikanın bütün əhalisi arasında keçirilən xalq səsverməsi (referendum) ilə ifadə edilmiş razılıq olmadan onun sərhədləri dəyişdirilə bilməz.
1991-1994-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə, Azərbaycanın ərazisinin 20 faizi işğal edilmiş, 900 yaşayış məntəqəsi, 150 min ev, 7 min ictimai bina, 693 məktəb, 855 uşaq bağçası, 695 tibb müəssisəsi, 927 kitabxana, 44 məbəd, 9 məscid, 473 tarixi abidə, saray və muzeylər, 40 min muzey eksponatı, 6 min sənaye və kənd təsərrüfatı müəssisəsi, 160 körpü və digər infrastruktur obyektləri dağıdılmışdır.
Ermənistanın növbəti hərbi təcavüz cəhdinə cavab olaraq Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də əks-həmlə əməliyyatına başladı və 44 gün davam edən Vətən müharibəsi nəticəsində Ermənistan ordusunu məhv etməyə, onu diz çökdürməyə, işğal altında olan əraziləri azad etməyə nail oldu. 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzaladı. Azərbaycanın ərazi bütövlüyü bərpa edildi.
Azərbaycan Respublikasının qanunları Azərbaycan Respublikasının bütün ərazisində qüvvədədir.
Azərbaycan Respublikası çoxsahəli sənayeyə və kənd təsərrüfatına, geniş nəqliyyat şəbəkəsinə, inkişaf etmiş elmə, qədim və zəngin mədəniyyətə malikdir. Ağır sənaye sahələri üstünlük təşkil edir. Neft və qazçıxarma, neft-kimya, maşınqayırma, metallurgiya, yeyinti, tikinti materialları sənayesi, yüngül sənaye və s. inkişaf etmişdir. Kənd təsərrüfatı, əsasən, pambıqçılıq, üzümçülük, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik, meyvəçilik üzrə ixtisaslaşmışdır. Yük və sərnişin daşınmasında dəmir yolu, avtomobil, dəniz və hava yolları nəqliyyatı əsas yer tutur.
Azərbaycan Respublikasında 67 rayon, 78 şəhər (68 şəhər inzibati dairəsi), 262 qəsəbə (190 qəsəbə inzibati dairəsi), 4246 kənd (1724 kənd inzibati dairəsi) və 40 sahə inzibati dairəsi var (2023).
Azərbaycan Respublikasının ərazisi 86,6 min km², əhalisi 10127,1 min nəfərdir (2023-cü ilin əvvəlinə). 2009-cu il siyahıya-alınmasına əsasən azərbaycanlılar əhalinin 91,6%-ni, ləzgilər 2,0% ni, ruslar 1,3%-ni, ermənilər 1,3%-ni, talışlar 1,3 %-ni, avarlar 0,6 %-ni təşkil edir. Qalanları başqa millətlərin nümayəndələridir.
Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəridir. Əhalisi 2336,6 min nəfərdir (01.01.2023).
Azərbaycan Respublikasının milli pul vahidi manatdır.
Azərbaycan Respublikasının inzibati-ərazi vahidlərinin sayı
Muxtar Respublika |
1 |
Rayonlar |
67 |
Şəhərlərdə rayonlar |
12 |
Şəhərlər |
78 |
Qəsəbələr |
262 |
Kənd ərazi dairələri |
1724 |
Kənd yaşayış məntəqələri |
4246 |
İnzibati kənd rayonları
(01. 01. 2023-cü ilə olan məlumat)
Rayonun adı |
Sahəsi, (km2) |
Əhalisi (min nəfər) |
Yarandığı tarix |
Şəhərlərin sayı |
Qəsəbə-lərin sayı |
Kəndlə-rin sayı |
Rayon mərkəzinin adı |
1 |
2 |
3 |
4 |
5 |
6 |
7 |
8 |
1. Abşeron |
1361,4 |
431,5 |
1963 |
1 |
8 |
7 |
Xırdalan ş. |
2. Ağcabədi |
1756,0 |
135,1 |
1930 |
1 |
- |
46 |
Ağcabədi ş. |
3. Ağdam |
1150,0 |
178,4 |
1930 |
1 |
- |
128 |
Ağdam ş. |
4. Ağdaş |
1048,0 |
106,3 |
1930 |
1 |
2 |
76 |
Ağdaş ş. |
5. Ağstafa |
1503,7 |
85,9 |
1939 |
1 |
10 |
28 |
Ağstafa ş. |
6. Ağsu |
1020,1 |
80,0 |
1943 |
1 |
- |
78 |
Ağsu ş. |
7. Astara |
616,4 |
110,9 |
1930 |
1 |
1 |
90 |
Astara ş. |
8. Babək |
900,0 |
77,3 |
1978 |
- |
1 |
39 |
Babək qəs. |
9. Balakən |
923,0 |
100,2 |
1930 |
1 |
1 |
58 |
Balakən ş. |
10. Beyləqan |
1131,1 |
100,9 |
1939 |
1 |
8 |
33 |
Beyləqan ş. |
11. Bərdə |
957,0 |
156,0 |
1930 |
1 |
- |
109 |
Bərdə ş. |
12. Biləsuvar |
1397,0 |
105,5 |
1930 |
1 |
- |
25 |
Biləsuvar ş. |
13. Cəbrayıl |
1049,8 |
72,8 |
1930 |
1 |
2 |
91 |
Cəbrayıl ş. |
14. Cəlilabad |
1441,4 |
214,9 |
1930 |
- |
- |
117 |
Cəlilabad ş. |
15. Culfa |
995,0 |
47,7 |
1930 |
1 |
|
24 |
Culfa ş. |
16. Daşkəsən |
1046,9 |
33,2 |
1930 |
1 |
4 |
44 |
Daşkəsən ş. |
17. Füzuli |
1390,0 |
130,0 |
1930 |
1 |
12 |
74 |
Füzuli ş. |
18. Gədəbəy |
1290,0 |
100,8 |
1930 |
1 |
- |
108 |
Gədəbəy ş. |
19. Goranboy |
1791,0 |
101,2 |
1930 |
- |
6 |
81 |
Goranboy ş. |
20. Göyçay |
739,0 |
117,8 |
1930 |
1 |
- |
54 |
Göyçay ş. |
21. Hacıqabul |
1640,0 |
75,3 |
1939 |
1 |
5 |
27 |
Qazıməmməd ş. |
22. Xaçmaz |
1046,0 |
173,5 |
1930 |
2 |
12 |
136 |
Xaçmaz ş. |
23. Göygöl |
1030,0 |
64,5 |
1930 |
1 |
5 |
41 |
Göygöl ş. |
24. Xızı |
1853,0 |
16,6 |
1930 |
- |
5 |
24 |
Xızı qəs. |
25. Xocalı |
936,0 |
11,5 |
1991 |
1 |
2 |
50 |
Xocalı ş. |
26. Xocavənd |
1458,0 |
12,5 |
1930 |
1 |
2 |
84 |
Xocavənd ş. |
27. İmişli |
1821,0 |
130,8 |
1930 |
1 |
2 |
49 |
İmişli ş. |
28. İsmayıllı |
2064,0 |
86,6 |
1931 |
1 |
2 |
106 |
İsmayıllı ş. |
29. Kəlbəcər |
3054,0 |
73,2 |
1930 |
1 |
1 |
145 |
Kəlbəcər ş. |
30. Kəngərli |
680,0 |
33,3 |
2004 |
- |
1 |
10 |
Qıvraq qəs. |
31. Kürdəmir |
1631,5 |
117,7 |
1930 |
1 |
2 |
59 |
Kürdəmir ş. |
32. Qax |
1493,8 |
58,0 |
1930 |
1 |
- |
58 |
Qax ş. |
33. Qazax |
699,0 |
95,8 |
1930 |
1 |
- |
34 |
Qazax ş. |
34. Qəbələ |
1548,6 |
108,0 |
1930 |
1 |
3 |
61 |
Qəbələ ş. |
35. Qobustan |
1369,4 |
46,4 |
1990 |
- |
2 |
31 |
Mərəzə qəs. |
36. Quba |
2574,0 |
169,1 |
1930 |
1 |
4 |
152 |
Quba ş. |
37. Qubadlı |
800,0 |
36,9 |
1933 |
1 |
- |
95 |
Qubadlı ş. |
38. Qusar |
1542,0 |
101,7 |
1930 |
1 |
1 |
90 |
Qusar ş. |
39. Laçın |
1835,0 |
75,0 |
1930 |
1 |
1 |
123 |
Laçın ş. |
40. Lerik |
1083,6 |
85,2 |
1930 |
- |
1 |
161 |
Lerik qəs. |
41. Lənkəran |
1539,4 |
226,6 |
1930 |
- |
7 |
84 |
Lənkəran ş. |
42. Masallı |
721,0 |
225,3 |
1930 |
1 |
3 |
106 |
Masallı ş. |
43. Neftçala |
1451,7 |
86,8 |
1940 |
1 |
4 |
47 |
Neftçala ş. |
44. Oğuz |
1220,0 |
44,2 |
1930 |
1 |
- |
33 |
Oğuz ş. |
45. Ordubad |
972,0 |
50,5 |
1930 |
1 |
3 |
43 |
Ordubad ş. |
46. Saatlı |
1180,5 |
109,7 |
1943 |
1 |
- |
43 |
Saatlı ş. |
47. Sabirabad |
1469,6 |
178,8 |
1930 |
1 |
- |
74 |
Sabirabad ş. |
48. Salyan |
1790,0 |
138,6 |
1930 |
1 |
8 |
42 |
Salyan ş. |
49. Samux |
1450,0 |
58,2 |
1930 |
- |
6 |
31 |
Nəbiağalı qəs. |
50. Sədərək |
151,0 |
22,9 |
1990 |
- |
1 |
3 |
Heydərabad qəs. |
51. Siyəzən |
703,4 |
41,5 |
1940 |
1 |
1 |
32 |
Siyəzən ş. |
52. Şabran |
1088,2 |
58,0 |
1930 |
1 |
- |
68 |
Şabran ş. |
53. Şahbuz |
917,0 |
25,3 |
1930 |
- |
2 |
23 |
Şahbuz qəs. |
54. Şamaxı |
1610,0 |
104,8 |
1930 |
1 |
5 |
57 |
Şamaxı ş. |
55. Şəki |
2432,8 |
183,5 |
1930 |
1 |
1 |
71 |
Şəki ş. |
56. Şəmkir |
1656,8 |
216,2 |
1930 |
1 |
7 |
56 |
Şəmkir ş. |
57. Şərur |
810,0 |
112,3 |
1930 |
1 |
- |
66 |
Şərur ş. |
58. Şuşa |
29,0 |
28,7 |
1930 |
1 |
1 |
29 |
Şuşa ş. |
59. Tərtər |
957,0 |
80,1 |
1930 |
- |
1 |
77 |
Tərtər ş. |
60. Tovuz |
1903,0 |
175,7 |
1930 |
1 |
1 |
102 |
Tovuz ş. |
61. Ucar |
853,0 |
84,5 |
1939 |
1 |
2 |
29 |
Ucar ş. |
62. Yardımlı |
667,2 |
67,7 |
1930 |
- |
1 |
90 |
Yardımlı qəs. |
63. Yevlax |
1540,0 |
128,4 |
1935 |
1 |
1 |
48 |
Yevlax ş. |
64. Zaqatala |
1348,0 |
129,7 |
1930 |
1 |
2 |
60 |
Zaqatala ş. |
65. Zəngilan |
707,0 |
42,5 |
1930 |
1 |
6 |
78 |
Zəngilan ş. |
66. Zərdab |
855,6 |
59,1 |
1935 |
1 |
1 |
40 |
Zərdab ş.
|
Azərbaycan Respublikasının əhalisi
İllər |
Cəmi əhalinin sayi, min nəfər |
o cümlədən: |
Bütün əhaliyə nisbətən, faizlə |
||
şəhər |
kənd yerləri |
şəhər yerləri |
kənd yerləri |
||
2000 |
8 032.8 |
4 116.4 |
3 916.4 |
51.2 |
48.8 |
2001 |
8 114.3 |
4 167.2 |
3 947.1 |
51.4 |
48.6 |
2002 |
8 191.3 |
4 219.7 |
3 971.6 |
51.5 |
48.5 |
2003 |
8 269.1 |
4 273.7 |
3 995.4 |
51.7 |
48.3 |
2004 |
8 349.0 |
4 403.6 |
3 945.4 |
52.7 |
47.3 |
2005 |
8 447.3 |
4 477.6 |
3 969.7 |
53.0 |
47.0 |
2006 |
8 553.0 |
4 565.7 |
3 987.3 |
53.4 |
46.6 |
2007 |
8 665.9 |
4 636.6 |
4 029.3 |
53.5 |
46.5 |
2008 |
8 779.8 |
4 733.6 |
4 046.2 |
53.9 |
46.1 |
2009 |
8 896.9 |
4 818.3 |
4 078.6 |
54.2 |
45.8 |
2010 |
8 997.4 |
4 866.6 |
4 130.8 |
54.1 |
45.9 |
2011 |
9 111.1 |
4 829.5 |
4 281.6 |
53.0 |
47.0 |
2012 |
9 235.1 |
4 888.7 |
4 346.4 |
52,9 |
47,1 |
2013 |
9 356.5 |
4 966.2 |
4 390.3 |
53,1 |
46,9 |
2014 |
9 477.1 |
5 045.4 |
4 431.7 |
53,2 |
46,8 |
2015 |
9 593.0 |
5 098. 3 |
4 494.7 |
53,1 |
46,9 |
2016 |
9 705.6 |
5 152.4 |
4 553.2 |
53,1 |
46,9 |
2017 |
9810.0 |
5199.0 |
4611.0 |
53,0 |
47,0 |
2018 |
9898.1 |
5237.8 |
4660.3 |
52,9 |
47,1 |
2019 |
9981,5 |
5273,9 |
4707,6 |
52,8 |
47,2 |
2020 |
10067,1 |
5312,0 |
4755,1 |
52,8 |
47,2 |
2021 |
10119,1 |
5358,5 |
4760,6 |
53,0 |
47,0 |
2022 |
10063,3 |
5502,5 |
4560,6 |
54,7 |
45,3 |
2023 |
10127,1 |
5527,2 |
4599,9 |
54,6 |
45,4 |