Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası Prezidentinin təqdimatını nəzərdən keçirərək qərara alır:

  1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin aşağıdakı strukturu təsdiq edilsin:
    • Azərbaycan Respublikasının Baş naziri
    • Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
    • Azərbaycan Respublikası Baş nazirinin birinci müavini
    • Azərbaycan Respublikası Baş nazirinin müavini
    • Azərbaycan Respublikası Baş nazirinin müavini
    • Azərbaycan Respublikası Baş nazirinin müavini — Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
    • Azərbaycan Respublikasının daxili işlər naziri
    • Azərbaycan Respublikasının səhiyyə naziri
    • Azərbaycan Respublikasının xarici işlər naziri
    • Azərbaycan Respublikasının kənd təsərrüfatı və ərzaq naziri
    • Azərbaycan Respublikasının mədəniyyət naziri
    • Azərbaycan Respublikasının xalq təhsili naziri
    • Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı naziri
    • Azərbaycan Respublikasının rabitə naziri
    • Azərbaycan Respublikasının ticarət naziri
    • Azərbaycan Respublikasının maliyyə naziri
    • Azərbaycan Respublikasının taxıl məhsulları naziri
    • Azərbaycan Respublikasının ədliyyə naziri
    • Azərbaycan Respublikasının avtomobil nəqliyyatı naziri
    • Azərbaycan Respublikasının mənzil-kommunal təsərrüfatı naziri
    • Azərbaycan Respublikasının yerli sənaye naziri
    • Azərbaycan Respublikasının sosial təminat naziri
    • Azərbaycan Respublikasının Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsinin sədri
    • Azərbaycan Respublikası Dövlət Maddi-Texniki Təchizat Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Əmək və Sosial Məsələlər Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Mətbuat Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Təbiəti Mühafizə Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Yanacaq Komitəsinin sədri
    • Azərbaycan Respublikasının daimi yaşayış yerlərini tərk etmiş şəxslərlə iş üzrə Dövlət Komitəsinin sədri
    • Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Komitəsinin sədri

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA


Bakı şəhəri, 22 may 1991-ci il

№ 106-XII