Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin yaradılması haqqında Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (30 avqust 1991)
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü müdafiə naminə qərara alır:
1. Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələri yaradılsın.
2.
Azərbaycan Respublikası Ali Sovetinin Dövlət təhlükəsizliyi, hərbi
işlər və hüquq qaydası, Dövlət Suverenliyi, xarici siyasət və xaricdə
yaşayan soydaşlarla əlaqələr, qanunvericilik və qanunçuluq məsələləri
komissiyalarına tapşırılsın ki, Azərbaycan Respublikasının Nazirlər
Kabineti ilə birlikdə Azərbaycan Respublikasının milli özünümüdafiə
qüvvələrinin statusu, strukturu və təşkili qaydası haqqında Azərbaycan
Respublikası Qanununun layihəsini hazırlasın və Azərbaycan Respublikası
Ali Sovetinin növbəti iclasının müzakirəsinə versinlər.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E.QAFAROVA
№ 182-XII
Bakı şəhəri, 30 avqust 1991-ci il