Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (5 sentyabr 1991)
Azərbaycan Respublikasının milli özünümüdafiə qüvvələrinin
yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti tərəfindən
qərar qəbul edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Müdafiə
Nazirliyini yaratmaq və Valeh Əyyub oğlu Bərşadlı yoldaşı Azərbaycan
Respublikasının müdafiə naziri təyin etmək məqsədəuyğun sayılsın.
Bu Fərman Azərbaycan Respublikası Ali Sovetinin müzakirəsinə verilsin.
Azərbaycan Respublikasının Prezidenti
A.MÜTƏLLİBOV
Bakı şəhəri, 5 sentyabr 1991-ci il
№ 334