Azərbaycan Respublikasının Müdafiə Şurasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (29 sentyabr 1991)
Respublikasının təhlükəsizliyini təmin etmək məqsədi ilə bütün xalqın
sıx birliyinə səy göstərən vətənpərvər əhval-ruhiyyəli demokratik
ictimai-siyasi qüvvələrin idarəsini ifadə edərək qərara alıram:
Qazıyev Rəhim Həsən oğlu Əlizadə Araz Məmmədmübariz oğlu Əliyev Tahir Yunis oğlu Məmmədov Etibar Səlidar oğlu Mustafayev Mustafa Kamil oğlu Salayev Akif Məmməd oğlu Hacıyev Ağa Şamxal oğlu Cəbiyev Azər Mirzəağa oğlu
1. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında aşağıdakı tərkibdə Azərbaycan Respublikasının Müdafiə Şurası yaradılsın:
2. Müəyyən edilsin ki, Azərbaycan Respublikası Müdafiə Şurasının üzvləri
daimi əsasda işləyirlər və digər idarələrdə, təşkilatlarda və
müəssisələrdə işləyə bilməzlər.
3. Azərbaycan Respublikasının Müdafiə Şurası özü haqqında Əsasnamə hazırlasın və təsdiq olunmağa təqdim etsin.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV
Bakı şəhəri, 29 sentyabr 1991-ci il
№ 357