“Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR Prezidentinin 1990-cı il 29 noyabr tarixli Fərmanı barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (5 fevral 1991)
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
- “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” Azərbaycan SSR Prezidentinin Fərmanı bəyənilsin.
- “Azərbaycan SSR-in adının və Dövlət bayrağının dəyişdirilməsi haqqında” qanunlar qəbul edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Bakı şəhəri, 5 fevral 1991-ci il,
№ 16-XII