«Azərbaycan Respublikasının Milli Məclisi haqqında» Azərbaycan Respublikası Konstitusiya Qanununun qüvvəyə minməsi qaydası barədə Azərbaycan Respublikasının Ali Sovetinin qərarı (30 oktyabr 1991)
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
1.
«Azərbaycan Respublikasının Milli Məclisi haqqında» Azərbaycan
Respublikası Konstitusiya Qanunu Milli Şuranın yaradıldığı andan qüvvəyə
minsin.
2. Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinə
tapşırılsın ki, Azərbaycan Respublikasının Milli Məclisinin fərdi
tərkibi haqqında Azərbaycan Respublikasının xalq deputatları qrupları
ilə məsləhətləşmələr keçirsin və müvafiq təklifləri Azərbaycan
Respublikası Ali Sovetinin müzakirəsinə versin.
3. Keçid dövründə Azərbaycan Respublikası Ali Sovetinin səlahiyyəti Azərbaycan Respublikasının Milli Məclisinə verilir.
4.
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Milli Məclisinin
reqlamenti təsdiq olunanadək Azərbaycan Respublikasının Milli Məclisinin
fəaliyyət qaydası Azərbaycan Respublikası Ali Sovetinin Müvəqqəti
reqlamenti ilə tənzimlənir.
5. Deputat qruplarına təklif edilsin ki,
Azərbaycan Respublikası Ali Sovetinin daimi komissiyaları sisteminin
təkmilləşdirilməsinə dair müvafiq təkliflərini Azərbaycan
Respublikasının Ali Sovetinə versinlər.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E.QAFAROVA
№ 231-XII
Bakı şəhəri, 30 oktyabr 1991-ci il
(19 may 1992-ci il tarixli, 361-XII nömrəli Qanuna əsasən dəyişikliklərlə)