Azərbaycan Respublikasının Müdafiə Şurası haqqında Əsasnamə barəsində Azərbaycan Respublikası Ali Sovetinin Qərarı (1 noyabr 1991)
Azərbaycan Respublikasının Ali Soveti Azərbaycan Respublikası
Prezidentinin təqdim etdiyi Azərbaycan Respublikasının Müdafiə Şurası
haqqında Əsasnaməni nəzərdən keçirərək qərara alır:
Azərbaycan Respublikasının Müdafiə Şurası haqqında Əsasnamə ümumən bəyənilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
E. QAFAROVA.
№ 238-XII
Bakı şəhəri, 1 noyabr 1991-ci il
***
Azərbaycan Respublikasının Müdafiə Şurası haqqında
ƏSASNAMƏ
1991 ci il oktyabrın 3 də
Müdafiə Şurasının iclasında
təsdiq edilmişdir.
1. Azərbaycan Respublnkasının Müdafiə Şurası Azərbaycan
Respublikasınnın müdafiəsini, onun təhlükəsizliyini və ərazi bütövlüyünü
tə'min etmək, habelə müdafiə quruculuğu sahəsində siyasət hazı `lamaq
və həyata keçirmək məqsədi ilə yaradılan daimi dövlət orqanıdır.
2. Azərbaycan Respublikasının Müdafiö Şurası:
- müdafiə quruculuğu sahəsində Azərbaycan Respublikasının siyasətinin əsas istiqamətlərini müəyyən edir;
- müdafiə quruculuğu sahəsində Azərbaycan Respublikasının siyasətinin həyata keçirilməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması, onun sərhədlərinin toxunulmazlığının tə'mi n edilməsi üçün tədbirlər hazırlayıb həyata keçirir;
- Azərbaycan Respublikasının müdafiəsinə rəhbərliyi həyata keçirir;
- səfərbərlik işinin aparılmasını tə'min edir;
- müdafiə sənayesi yaradılması işinə rəhbərlik edir;
- hərbi qulluqçuların kadr tərkibinin formalaşdırılmasına nəzarət edir.
3. Müdafiə Şurası öz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında həyata keçirir.
4. Müdafiə Şurasının üzvləri Azərbaycan Respublikasının Prezidenti
tərəfindən tə'yin olunur və vəzifədən azad edilirlər. Müdafiə Şurasının
üzvləri öz vəzifə borclarını daimi əsasda yerinə ye tirirlər və eyni
vaxtda başqa idarələrdə, təşkilatlarda və müəssisələrdə işləyə
bilməzlər.
5. Müdafiə Şurasının fəaliyyətinin təşkilat forması onun lazım gəldikcə
keçirilən iclaslarıdır. Azərbaycan Respublikasında müdafiə quruculuğunun
ən mühüm məsələləri bu iclasların müzakirəs inə verilir. Müzakirə
edilən məsələlər barədə qərarlar iclasın Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalanan protokolu ilə rəsmiləşdirilir və mütləq
icra edilməlidir. Müdafiə Şurasının qəbul etdiyi qərarların həyata
keçirilməsi üçün Şura üzvlərinin verdikləri tapşırıqlar nazirliklər,
dövlət komitələri, baş idarələr və birliklər, müəssisə, təşkilatlar,
idarələr tərəfindən mütləq icra edilməlidir.
6 Müdafiə Şurasının üzvləri məsələlərin öyrənilməsi və hazırlanması üçün
nazirliklərin, baş idarələrin, digər dövlət idarəetmə orqanlarının
rəhbərlərini, nümayəndələrini, mütəxəssisləri və ekspertləri cəlb edə
bilərlər. Müdafiə Şurası müdafiə məsələləri ilə əlaqədar bütün dövlət
idarə orqanlarının fəaliyyətinə nəzarət edir.
7. Öz işlərini təşkilati cəhətdən tə'min etmək üçün Müdafiə Şurası
üzvlərinin Azərbaycan Respublikası Prezideitinin sərəncami ilə tə'yin
edilən köməkçiləri olur.
8. Azərbaycan Respublikasının Müdafiə Şurası hüquqi şəxsdir və üzərində
Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı olan möhürə
malikdir.