Azərbaycan Respublikasının Ali Soveti «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında» 1991-ci il oktyabrın 18-də Konstitusiya Aktının qəbul edilməsi ilə əlaqədar olaraq qərara alır:

  1. 1991-ci il dekabrın 29-da Azərbaycan Respublikasında Azərbaycan Respublikasının dövlət müstəqilliyi məsələsi üzrə referendum keçirilsin.
  2. Referendumda səsvermə bülleteninə «Siz Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?» sualı və cavab variantları — «hə» və «yox» sözləri daxil edilsin.
  3. Müəyyən edilsin ki, «Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında» Azərbaycan Respublikası Qanununun 17 və 18-ci maddələrinə uyğun olaraq, Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da keçiriləcək Azərbaycan Respublikası referendumunun Mərkəzi komissiyasının və respublika (Naxçıvan Muxtar Respublikası) komissiyasının səlahiyyətini müvafiq surətdə Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası və Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyası həyata keçirirlər.
  4. Azərbaycan Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına və Naxçıvan Muxtar Respublikası xalq deputatları seçkiləri üzrə Mərkəzi seçki komissiyasına tövsiyə olunsun ki, Azərbaycan Respublikası referendumunda səsvermənin keçirilməsi üçün rayonların, respublika tabeli şəhərlərin və vilayət (DQMV) tabeli şəhərlərin hüdudları daxilində müvafiq dairələr təşkil etsinlər.
  5. Müəyyən edilsin ki, Azərbaycan Respublikası referendumunun dairə komissiyalarının səlahiyyətlərini sonuncu çağırış yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri dövründə təşkil edilmiş seçki komissiyaları — Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə rayon və şəhər seçki komissiyaları və Naxçıvan Muxtar Respublikası yerli xalq deputatları Sovetləri deputatlarının seçkiləri üzrə müvafiq komissiyalar həyata keçirirlər.
  6. Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının rayon və şəhər xalq deputatları Sovetləri və onların rəyasət heyətləri, Azərbaycan Respublikasının rayon və şəhər icra hakimiyyəti başçıları «Azərbaycan Respublikasının ümumxalq səsverməsi (referendumu) haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq ən geci 1991-ci il dekabrın 5-dək məntəqələrin təşkilini və məntəqə komissiyalarının yaradılmasını təmin etsinlər.
  7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, 1991-ci il dekabrın 29-da referendum keçirilməsi üçün lazımi vəsait ayırsın.

Azərbaycan Respublikası Ali Soveti sədrinin birinci müavini

Z. SƏMƏDZADƏ


Qərar № 272-XII

Bakı şəhəri, 15 noyabr 1991-ci il