Azərbaycan Respublikası Müdafiə Şurasının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı (3 yanvar 1992)
Əhalinin təhlükəsizliyinin möhkəmləndirilməsi sahəsində fəaliyyətin əlaqələndirilməsini təmin etmək üçün Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində prezident idarə üsulunun tətbiq edilməsi ilə əlaqədar olaraq, habelə Müdafiə Şurasının ona həvalə edilmiş vəzifələri əsasən həyata keçirdiyini, Şuranın əksər üzvlərinin dövlət hakimiyyət və idarəetmə strukturlarında tutduqları vəzifələrdə respublikanın təhlükəsizliyini və müdafiəsini təmin etmək funksiyalarını yerinə yetirdiklərini nəzərə alaraq, hərbi dəstələrin idarə edilməsində təkbaşçılıq prinsipini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının Müdafiə Şurası ləğv edilsin.
Azərbaycan Respublikasının Prezidenti
A. MÜTƏLLİBOV
Bakı şəhəri, 3 yanvar 1992-ci il
№ 542