Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinin buraxılmasına dair Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 14 may tarixli qərarı barədə (19 may 1992)
Azərbaycan Respublikasının Ali Soveti qərara alır:
Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinin buraxılmasına dair Azərbaycan Respublikası Ali Sovetinin 1992-ci il 14 may tarixli qərarı səlahiyyəti olmayan sessiya iclası tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun), «Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası haqqında» Azərbaycan Respublikasının 1991-ci il 30 oktyabr tarixli Konstitusiya Qanununun, Azərbaycan Respublikası Ali Sovetinin Müvəqqəti reqlamentinin tələbləri pozulmaqla qəbul edildiyinə görə qəbul olunduğu andan etibarsız hesab edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV
Qərar № 362-XII
Bakı şəhəri, 19 may 1992-ci il