Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin təşkili haqqında Azərbaycan Respublikasının Qanununa aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

  1. Bu Qanunun II maddəsi aşağıdakı redaksiyada verilsin:

    Azərbaycan Respublikasının Dövlət Müdafiə Komitəsinin tərkibinə daxil olur:

    1) Azərbaycan Respublikasının Prezidenti;

    2) Azərbaycan Respublikası Ali Sovetinin sədri;

    3) Azərbaycan Respublikasının Baş naziri;

    4) Azərbaycan Respublikasının Dövlət katibi;

    5) Azərbaycan Respublikasının hərbi işlər və hüqüq siyasəti üzrə Dövlət müşavirləri;

    6) Azərbaycan Respublikası Baş nazirinin hərbi sənaye kompleksinə baxan müavini;

    7) Azərbaycan Respublikasının müdafiə naziri;

    8) Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;

    9) Azərbaycan Respublikasının daxili işlər naziri;

    10) Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş qərargahının rəisi;

    11) Bakı şəhəri İcra hakimiyyətinin başçısı.

  2. Bu Qanunun IV maddəsinə aşağıdakı məzmunda ikinci və üçüncü hissələr əlavə olunsun:
  3. «Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin iclaslarına Azərbaycan Respublikasının Prezidenti sədrlik edir.

    Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin iclaslarında qəbul edilən qərarlar Azərbaycan Respublikası Prezidentinin fərmanları və sərəncamları formasında rəsmiləşdirilir.»

  4. Bu Qanunun VI maddəsi aşağıdakı redaksiyada verilsin:

«Azərbaycan Respublikası Dövlət Müdafiə Komitəsinin fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına, bu Qanuna və digər qanunlara əsaslanır».


Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətini həyata keçirən
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İ. QƏMBƏROV


Bakı şəhəri, 9 iyun 1992-ci il

№ 156


«Azərbaycan Respublikası Ali Sovetinin məlumatı»nda dərc edilmişdir (15 iyun 1992-ci il, № 11 (864) maddə 397) («VES Consultancy» LLC).