Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan Respublikasının aşağıdakı ordenləri təsis edilsin:
    • Azərbaycan Respublikasının ən yüksək təltifi—«Heydər Əliyev» ordeni;
    • «İstiqlal» ordeni;
    • «Azərbaycan Respublikasının» ali hərbi ordeni—«Şah İsmayıl» ordeni;
    • «Azərbaycan bayrağı» ordeni;
    • «Şərəf» ordeni;
    • «Şöhrət» ordeni;
    • «Dostluq» ordeni;
    • «Vətənə xidmətə görə» ordeni.
  2. Azərbaycan Respublikasının aşağıdakı medalları təsis edilsin:
  • «Vətən uğrunda» medalı;
  • «İgidliyə görə» medalı;
  • «Tərəqqi» medalı;
  • «Hərbi xidmətlərə görə» medalı;
  • «Hərbi xidmətdə fərqlənməyə görə» medalı;
  • «Sərhəddə fərqlənməyə görə» medalı;
  • «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı;
  • «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalı;
  • «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)» yubiley medalı;
  • «Qüsursuz xidmətə görə» medalı;
  • «Dövlət qulluğunda fərqlənməyə görə» medalı;
  • «Daxili işlər orqanlarında qüsursuz xidmətə görə» medalı;
  • «Polis veteranı» medalı;
  • «Azərbaycan Polisinin 90 illiyi» yubiley medalı;
  • «Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919 — 2009)» yubiley medalı;
  • Azərbaycan Sərhəd Mühafizəsinin 90 illiyi (1919 — 2009)» yubiley medalı;
  • «Diplomatik xidmətdə fərqlənməyə görə» medalı;
  • «Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 90 illiyi (1919 — 2009)» yubiley medalı.

Azərbaycan Respublikasının Prezidenti

Əbülfəz ELÇİBƏY


Bakı şəhəri, 10 noyabr 1992-ci il

№ 370


«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1992-ci il, № 23, maddə 996) («VES Consultancy» LLC).

6 dekabr 1993-cü il tarixli, 753 nömrəli; 17 may 2002-ci il tarixli, 325-IIQD nömrəli; 7 noyabr 2003-cü il tarixli, 513-IIQD nömrəli; 22 aprel 2005-ci il tarixli, 896-IIQ nömrəli; 10 oktyabr 2006-cı il tarixli, 154-IIIQD nömrəli; 16 fevral 2007-ci il tarixli, 248-IIIQ nömrəli; 16 may 2008-ci il tarixli, 605-IIIQ nömrəli; 13 iyun 2008-ci il tarixli, 639-IIIQ nömrəli; 2 dekabr 2008-ci il tarixli, 726-IIIQ nömrəli; 8 may 2009-cu il tarixli, 809-IIIQ nömrəli; 30 iyun 2009-cu il tarixli, 849-IIIQ nömrəli; 30 iyun 2009-cu il tarixli, 850-IIIQ nömrəli Qanunlara əsasən dəyişikliklər və əlavələrlə («VES Consultancy» LLC).