Azərbaycan Respublikasının Milli Məclisi vətəndaşların çoxsaylı müraciətlərini nəzərə alaraq qərara alır:

  1. Azərbaycan Respublikasının vətəndaşları «-ov», «-yev» sonluqlu soyadlarını «-lı» (sözün kökündən asılı olaraq «-li», «-lu», «-lü»), «-zadə», «-oğlu», «-qızı» sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər.
  2. Azərbaycan Respublikasının vətəndaşları soyadlarının sonluqları rəsmi sənədlərlə dəyişdirilənədək hüquqi əhəmiyyəti olan bütün sənədlərdə soyadlarının yeni ifadə formalarını işlədə bilərlər.

Soyadların sonluqlarının dəyişdirilməsi ilə əlaqədar yeni hüquqi sənədlərin verilməsi üçün rüsum tutulmasın.


Azarbaycan Respublikası Ali Sovetinin sədri

İ. QƏMBƏROV


№ 495

Bakı şəhəri, 2 fevral 1993-cü il