Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun müəyyən edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (28 aprel 1993)
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 123-cü maddəsinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturu aşağıdakı kimi müəyyən edilsin:
- Müdafiə Nazirliyi;
- Daxili İşlər Nazirliyi;
- Milli Təhlükəsizlik Nazirliyi;
- Ədliyyə Nazirliyi;
- İqtisadiyyat Nazirliyi;
- Maliyyə Nazirliyi;
- Kənd Təsərrüfatı Nazirliyi;
- Ticarət Nazirliyi;
- Material Ehtiyatları Nazirliyi;
- Mədəniyyət Nazirliyi;
- Mətbuat və İnformasiya Nazirliyi;
- Təhsil Nazirliyi;
- Ali və Orta İxtisas Təhsili Nazirliyi;
- Maarif Nazirliyi;
- Səhiyyə Nazirliyi;
- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi;
- Rabitə Nazirliyi;
- Xarici İqtisadi Əlaqələr Nazirliyi;
- Dövlət Tikinti və Arxitektura Komitəsi;
- Dövlət Əmlak Komitəsi;
- Dövlət Torpaq Komitəsi;
- Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi;
- Dövlət Elm və Texnika Komitəsi;
- Dövlət Gömrük Komitəsi;
- Baş Dövlət Vergi Müfəttişliyi.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İsa QƏMBƏR
№ 584
Bakı şəhəri, 28 aprel 1993-cü il
19 may 1993-cü il tarixli, 605 nömrəli; 30 iyun 1993-cü il tarixli, 633 nömrəli; 1 sentyabr 1993-cü il tarixli, 684 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə