Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (28 aprel 1993)
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 123-cü maddəsinə uyğun olaraq qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi aşağıdakı kimi müəyyən edilsin:
- Baş nazir;
- Baş nazirin iki birinci müavini;
- Baş nazirin müavini — iqtisadiyyat naziri;
- Baş nazirin dörd müavini;
- Baş nazirin müavini-Dövlət Tikinti və Arxitektura Komitəsinin sədri;
- Ədliyyə naziri;
- Müdafiə naziri;
- Daxili işlər naziri;
- Milli təhlükəsizlik naziri;
- Xarici işlər naziri;
- Maliyyə naziri;
- Kənd təsərrüfatı naziri;
- Ticarət naziri;
- Material ehtiyatları naziri;
- Mədəniyyət naziri;
- Mətbuat və informasiya naziri;
- Təhsil naziri;
- Ali və orta ixtisas təhsili naziri;
- Maarif naziri;
- Səhiyyə naziri;
- Əmək və əhalinin sosial müdafiəsi naziri;
- Rabitə naziri;
- Xarici iqtisadi əlaqələr naziri;
- Dövlət Əmlak Komitəsinin sədri;
- Dövlət Torpaq Komitəsinin sədri;
- Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin sədri;
- Dövlət Elm və Texnika Komitəsinin sədri;
- Dövlət Gömrük Komitəsinin sədri;
- Baş Dövlət Vergi Müfəttişliyinin rəisi.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
İsa QƏMBƏR
№ 585
Bakı şəhəri, 28 aprel 1993-cü il
19 may 1993-cü il tarixli, 606 nömrəli; 1 sentyabr 1993-cü il tarixli, 684 nömrəli; 16 sentyabr 1994-cü il tarixli, 880 nömrəli qərarlara əsasən əlavələr və dəyişikliklərlə