Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

  1. Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqə elan edilsin.
  2. Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün 5 min manat mükafat təsis edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Sovetinə tapşırılsın ki, göstərilən mükafatın verilməsi üçün lazımi vəsait ayırsın.
  4. Müsabiqəyə yekun vurulması Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın.

Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA


Bakı şəhəri, 5 fevral 1991-ci il

№ 20-XII