Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 123-cü maddəsinə uyğun olaraq qərara alır:

«Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunun müəyyən edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 aprel tarixli 584 nömrəli qərarının ikinci hissəsində «Xarici İqtisadi Əlaqələr Nazirliyi» sözlərindən sonra «Dövlət Tikinti və Arxitektura Komitəsi» sözləri əlavə edilsin.


Azərbaycan Respublikası Ali Sovetinin sədri

İsa QƏMBƏR


№ 605

Bakı şəhəri, 19 may 1993-cü il