Azərbaycan Respublikası Nazirlər Kabinetinin strukturunda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (30 iyun 1993)
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının (Əsas Qanununun) 123-cü maddəsinə müvafiq olaraq müharibə dövründə Azərbaycan Respublikasının müdafiə qüdrətini möhkəmləndirmək və işğal edilmiş ərazisinin tezliklə azad olunmasını təmin etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin dövlətin təhlükəsizliyi və müdafiəsinə dair operativ fəaliyyətini gücləndirmək məqsədilə qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 28 aprel tarixli 584 nömrəli qərarı ilə müəyyən olunmuş strukturunda dəyişikliklər edilsin və Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi bu struktura daxil edilsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV
№ 633
Bakı şəhəri, 30 iyun 1993-cü il