Azərbaycan Respublikasının Ali Soveti qərara alır:

  1. Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni üçün müsabiqə elan olunsun.
  2. Azərbaycan Respublikasının Dövlət himninin ən yaxşı mətni üçün 5 min manat mükafat təsis edilsin.
  3. Azərbaycan Respublikasının Nazirlər Sovetinə tapşırılsın ki, göstərilən mükafatın verilməsi üçün lazımi vəsait ayırsın.
  4. Müsabiqəyə yekun vurulması Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyətinə tapşırılsın.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA


Bakı şəhəri, 5 fevral 1991-ci il

№ 21-XII