Cenevrə şəhərində beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyinin təsis edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı (24 iyun 1994)
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
- Cenevrə şəhərində beynəlxalq təşkilatlar yanında Azərbaycan Respublikasının daimi nümayəndəliyi təsis edilsin.
- Azərbaycan Respublikasının Prezidentinə təklif edilsin ki, daimi nümayəndəliyin təşkili və fəaliyyəti ilə bağlı tədbirləri həyata keçirsin.
Azərbaycan Respublikası Ali Sovetinin sədri
R. QULİYEV
№ 833
Bakı şəhəri, 24 iyun 1994-cü il