Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət Heyəti qərara alır:

Azərbaycan Respublikası Ali Sovetinin Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan həmvətənlərlə əlaqələr komissiyasına (sədr Ə.F. Daşdəmirov yoldaş), İqtisadiyyat məsələləri komissiyasına (Z.Ə. Səmədzadə yoldaş), Dövlət təhlükəsizliyi, hərbi işlər və hüquq qaydası komissiyasına (M.B. Quliyev yoldaş), Sənaye və rabitə komissiyasına (T.M. Əzizov yoldaş), Milli siyasət və millətlərarası münasibət məsələləri komissiyasına (A.M. Məmmədov yoldaş) təklif edilsin ki, suveren respublikaların İttifaqı haqqında Müqavilənin layihəsini öyrənsinlər və layihə barəsində öz rəylərini əsaslandırılmış təklif və qeydlərlə birlikdə Azərbaycan Respublikası Ali Sovetinin birinci sessiyasının müzakirəsinə təqdim etsinlər.

Azərbaycan Respublikası Ali Sovetinin sədri

E. QAFAROVA


Bakı şəhəri, 11 aprel 1991-ci il

№ 97-XII