18 oktyabr - Dövlət Müstəqilliyi gününün Azərbaycan Respublikasının dövlət bayramı kimi qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı (15 oktyabr 1994)
1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında» Konstitusiya aktının qəbul edilməsinin Azərbaycanın milli dövlətçiliyi tarixində müstəsna əhəmiyyətini nəzərə alaraq qərara alıram:
18 oktyabr — Dövlət müstəqilliyi günü hər il Azərbaycan Respublikasının Dövlət bayramı kimi qeyd edilsin.
Heydər ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 oktyabr 1994-cü il
№ 223